2015-ci ildə «AtaHolding»in zərəri 21 mln. 446,414 min manat təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 9,2 dəfə çoxdur.
«AtaHolding»in rəsmi mətbuatda dərc edilmiş birləşdirilmiş maliyyə hesabatına əsasən, ötən il holdinqin gəlirləri 113 mln. 760,803 min manat (artım 28,6%), əməliyyat zərəri 21 mln. 404,006 min manat (artım 15,4 dəfə) təşkil edib.
“AtaHolding” 2015-ci ildə aktivlərini 0,4% - 634 mln. 585,926 min manatadək artırıb. 1 yanvar 2016-cı il tarixinə aktivlərin strukturunda müştərilərə verilmiş kreditlərin həcmi 516 mln. 246,996 min manat (artım 15,4%), banklardan alınan vəsaitlər 23 mln. 702,072 min manat (artım 43,9%), pul vəsaitləri 21 mln. 858,34 min manat (azalma 2,5 dəfə) təşkil edib.
Cari ilin əvvəlinə holdinqin öhdəlikləri 549 mln. 130,787 min manata (artım 4,9%), o cümlədən müştərilər və banklardan cəlb edilmiş depozitlər 435 mln. 968,115 min manata (azalma 1%) bərabər olub.
1 yanvar 2016-cı il tarixinə holdinqin kapitalı 85 mln. 455,139 min manat (azalma 23,3%), nizamnamə kapitalı 125 mln. 345 min manat (dəyişməyib) həcmində olub.
“AtaHolding” 1993-cü ildə yaradılıb. Səhmdarları 3 hüquqi şəxs - "Hughson Management Inc” (51,15%), “Asbet Ltd.” (25,08%) və “Clonmel International” (23,77%) şirkətləridir. Hazırda holdinqin strukturuna maliyyə, sənaye, informasiya texnologiyaları, turizm, tikinti, energetika və qida sənayesi sahələrində fəaliyyət göstərən 10-dan çox törəmə şirkət daxildir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət