Britaniyanın «Anglo Asian Mining» şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2016-cı ilin I yarısında Azərbaycanda 33,837 min unsiya qızıl hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,9% azdır. Bu barədə şirkətin məlumatında deyilir.
Cari ilin yanvar-iyun aylarında şirkət tərəfindən 90,782 min unsiya gümüş (artım 14 dəfə), 969 ton mis (artım 2,3 dəfə) hasil edilib.
«Şirkət cari il ərzində Azərbaycanın qızıl yataqlarından hasilatın həcmi üzrə planları 73-77 min unsiya qızıl və 1,7-2,1 min ton mis səviyyəsində saxlayıb. Biz avqustda filizin xırdalanması üçün nəzərdə tutulan SAG reduktorsuz dəyirmanını istismara verməyi planlaşdırırıq ki, bu da istədiyimiz illik nəticələri əldə etməyə imkan verəcək”, – deyə məlumatda bildirilir.
Bundan başqa, “Anglo Asian Mining” 2016-cı ilin sonunadək elektrik yarımstansiyasının və EÖX-nin tikintisi üzrə işlərin başa çatmasını gözləyir. Bu, şirkətin layihə çərçivəsində illik $1,8-2 mln. məbləğində vəsaitə qənaət etməsinə imkan verəcək.
30 iyun 2016-cı il tarixinə şirkətin ümumi kredit borcu $40,8 mln. təşkil edir. Borcun strukturunda $22,2 mln. Amsterdam Ticarət Bankı, $8,7 mln. Azərbaycan Beynəlxalq Bankı (ABB), $3,3 mln. «PAŞA Bank», $1,5 mln. “Atlas Copco”, $1,4 mln. “YapiKredi Bank”dan alınan kreditlərin payına düşür.
PSA tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət