Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin fəaliyyətində bir sıra maliyyə pozuntuları aşkar edib.
Hesablama Palatasının saytında verilən məlumata görə, yoxlama departamentə 2015-ci ildə ayrılmış büdcə vəsaitlərinin məqsədli istifadəsinin təhlili ilə bağlı olub.
Ötən ilin əvvəlinə mənzil fondunun əhalisi 902,526 min nəfər və yaşayış sahəsi 10,548 mln. kv. metr, istifadə olunan qeyri-yaşayış sahəsi 486,271 kv. mvə liftlərin sayı 5,552 min vahid təşkil edib.
"Yoxlama zamanı mənzil fondunun cari təmir və xidmət xərclərinin düzgün hesablanmaması, xərclər normasına riayət olunmaması, mənzil fonduna xidmət xərclərinin artıq hesablanması kimi nöqsanlar aşkarlanıb”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, lift təsərrüfatına xidmət sistemində də nöqsanlar aşkar olunub. Balansda olan liftlərin 20,5%-ni 5 ilə qədər olan yeni quraşdırılan liftlər təşkil etdiyi halda ev təsərrüfatının saxlanılması xərcində lift təsərrüfatının saxlanılması xərcinin xüsusi çəkisi əvvəlki ilə nisbətən cəmi 0,4% azalıb. Bundan əlavə, lifdən istifadə edən əhalinin sayının az göstərilməsi, liftlərə xidmət göstərən bəzi təşkilatlar tərəfindən baş idarənin təsdiq etdiyi ştat cədvəlində göstərilən vəzifələrdən əlavə 8,0 vahid artıq və lüzumsuz ştat saxlanılması nəticəsində idarəetmə xərcləri üzrə faktiki xərcdən artıq maliyyələşmə aparılaraq mənzil fondunun lift təsərrüfatı üzrə zərəri artırılıb.
Həmçinin büdcə vəsaitlərindən məqsədli istifadə olunmaması halları da müəyyən edilib.
Hesablama Palatasının Kollegiyası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Bakı şəhər İcra Hakimiyyətinə, həmçinin müvafiq təqdimat Mənzil Kommunal Təsərrüfatı Departamentinə göndərilib.
Eyni zamanda, mənzil fondu xərclərinin əsassız artırılması səbəbindən təsərrüfat fəaliyyəti üzrə artıq maliyyələşmə aparılmış məbləğin 2016-cı ildə dövlət büdcəsinin yerli xərclərindən mənzil fondunun zərərinin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitdən azaldılması hesabına bərpası üçün Bakı şəhər Baş Maliyyə İdarəsinə müvafiq məlumat təqdim olunub.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət