SOCAR “Ümid” yatağının işlənməyə başlandığı dövrdən etibarən bu yataqdan 1 mlrd. kubmetr qaz hasil edib. Bu barədə şirkətin birinci virse-prezidenti Xoşbəxt Yusifzadə “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransında çıxışı zamanı bildirib.
«Bundan başqa, bugünədək yataqdan 160 min. tondan çox kondensat hasil olunub. Hasilat 10 və 12 nömrəli quyulardan aparılır. Bununla yanaşı, hazırda 14 nömrəli quyuda qazma işləri davam edir. Quyunun layihə dərinliyi 6500 metrdir», - deyə o qeyd edib.
X.Yusifzadə əlavə edib ki, 14 nömrəli quyunun qazılmasına böyük ümidlər var, çünki “Ümid” yatağının işlənməsi layihəsi çərçivəsində 19 quyu üçün 4 dəniz özülünün inşası planlaşdırılır.
«Bu layihənin reallaşdırılması üçün artıq müvafiq işlər aparılır, buna görə də yeni quyunun qazılmasının nəticələri bu məsələnin həllində mühüm əhəmiyyət kəsb edəcək» , - deyə birinci vitse-prezident əlavə edib.*
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. Hazırda SOCAR “Ümid” və “Babək” yataqlarının birgə kəşfiyyatı və işlənməsi üçün tərəfdaş seçir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət