“Azərişıq” ASC respublikanın cənub regionlarında elektrik xətləri və kabellərin layihələndirilməsi, təchizatı və quraşdırılması üzrə podratçı seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim iki lotdan ibarət açıq tender metodu ilə keçirilir: ümumi uzunluğu 203,17 km olan 10 kV-luq kabellərin layihələndirilməsi, təchizatı və quraşdırılması; ümumi uzunluğu 587,58 km olan 0,4 kV-luq özünü daşıyan izolyasiyalı naqillərin (ÖİN) layihələndirilməsi, təchizatı və quraşdırılması.
Tikinti işlərinin müddəti 365 gündür.
Tenderdə iştirak haqqı 600 manatdır.
İşlər “Elektrik enerjisi paylayıcı şəbəkəsinin genişləndirilməsi” proqramı çərçivəsində həyata keçiriləcək. Asiya İnkişaf Bankı (AİB) proqramın maliyyələşdirilməsinə $750 mln. məbləğində kredit ayırmağı planlaşdırır (hər biri $250 mln. olan 3 tranşla – İF-A).
1-ci lotda son 3 il ərzində minimal orta illik tikinti dövriyyəsi $19,5 mln. olan və son 5 il ərzində iddiaçının iştirak payı $7,8 mln.-dan artıq olan ən azı 1 oxşar müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilər.
2-ci lotda son 3 il ərzində minimal orta illik tikinti dövriyyəsi $17,62 mln. olan və son 5 il ərzində iddiaçının iştirak payı $7,05 mln.-dan artıq olan ən azı 1 oxşar müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilər.
Hər iki lotda son 3 il ərzində minimal orta illik tikinti dövriyyəsi $37,12 mln. olan və son 5 il ərzində iddiaçının iştirak payı $14,85 mln.-dan artıq olan ən azı 1 oxşar müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilər.
Tender təklifləri 28 sentyabr 2016-cı il tarixinədək qəbul olunur. Tender proseduru sentyabrın 28-də baş tutacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət