Türkiyədə STAR neft emalı zavodunun inşası layihəsinə $3 mlrd.-dan çox sərmayə qoyulub. Bu barədə İzmirdə azərbaycanlı jurnalistlərə NEZ-in baş icraçı direktoru İbrahim Palaz məlumat verib.
"STAR NEZ-in inşası çərçivəsində layihə büdcəsinin 64%-i istifadə olunub. Məlumdur ki, dəyəri $5,7 mlrd. olan layihədə SOCAR-ın payı $2,4 mlrd. təşkil edir, $3,3 mlrd. isə maliyyə institutlarından cəlb olunan kreditlərin payına düşür. İndiyədək SOCAR layihəyə $2,2 mlrd. yönəldib, $0,8 mlrd.-dan çox kredit vəsaiti istifadə olunub", - deyə İ.Palaz qeyd edib.
Onun sözlərinə görə, STAR zavodunda inşaat işlərinin 75%-i başa çatıb. Layihə işlərinin 99%-i, avadanlıq sifarişi və tədarükü işlərinin 80%-dən çox hissəsi həyata keçirilib.
"Zavodun inşası üzrə işlər 50% yerinə yetirilib. Hazırda layihəyə 12 min nəfərdən çox işçi cəlb olunub, oktyabrda onların sayı maksimum səviyyəyə - 15 min nəfərə çatacaq. 2017-ci ilin sentyabrında zavodda mexaniki işlər başa çatacaq və işə salma-sazlama əməliyyatları başlayacaq. Müəssisənin 2018-ci ilin aprelində istismara verilməsi planlaşdırılır”, - deyə İ.Palaz bildirib.
O deyib ki, NEZ istismara verildikdən sonra zavodda çalışacaq işçilərin sayı 850 nəfər təşkil edəcək. Onların 50%-i mühəndislər olacaq.
"NEZ-in fəaliyyəti hesabına biz Türkiyənin daxili bazarında neft məhsullarına tələbatı 50-60% təmin edə, hər il bu məhsulun idxalında $2,5 mlrd.-a qənaət edə biləcəyik”, - deyə baş icraçı direktor vurğulayıb.
İ.Palaz əlavə edib ki, zavod 3-6 aya tam gücü ilə işləyəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət