Avqust ayında Azərbaycanda inflyasiya 0,5% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Avqust ayında Azərbaycanda inflyasiya 0,5% təşkil edib. Bununla belə, istehlak malları 0,6%, qeyri-ərzaq məhsulları 0,5%, xidmətlər 0,4% bahalaşıb”, - deyə Komitədən qeyd ediblər.
Avqust ayı ərzində düyünün, unun, çörəyin, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, kələmin, kökün, göy lobyanın, çuğundurun, sarımsağın, göyərtinin, tütün məmulatlarının qiymətlərində bahalaşma qeydə alınıb.
Balıq məhsullarının, almanın, armudun, bananın, gavalının, şaftalının, üzümün, pomidorun, xiyarın, badımcanın, bibərin, soğanın, kartofun qiymətlərində ucuzlaşma müşahidə olunub.
Avqust ayında qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor, telefon və fotoaparatların, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən ali təhsil müəssisələrində təhsil haqqı, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşıb.
Komitənin məlumatına görə, avqust aylanın yekunları üzrə qiymətlərin orta illik artımı 10,8% təşkil edib. O cümlədən, ərzaq məhsullarının qiymətləri 12,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,9% bahalaşıb.
Azərbaycan hökuməti 2016-cı il üçün orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.
2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 4% təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət