Manatın məzənnəsinin korreksiyası neftin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatının sabitləşməsində həlledici rol oynayıb. Bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi fondun saytında dərc edilmiş müsahibəsində deyib.
«Manatın məzənnəsinə düzəlişlərin edilməsi neftin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatının sabitləşməsində həlledici rol oynayıb. Neftin qiymətinin ucuzlaşmasına uyğun olaraq manatın devalvasiyası izafi xarici disbalansın yaranmasının qarşısını almağa, rəqabət qabiliyyətini bərpa etməyə və valyuta ehtiyatlarının tükənməsi prosesini dayandırmağa kömək etdi», - deyə o bildirib.
Missiya rəhbəri qeyd edib ki, neftin ucuzlaşmasının yaratdığı şok milli valyutanın məzənnəsinə və valyuta ehtiyatlarına güclü təsir göstərib ki, bu da qismən valyuta tənzimlənməsinin əvvəlki rejimi ilə bağlı olub. 2016-cı ildə bu cür şokların öhdəsindən daha yaxşı gəlmək üçün valyuta tənzimlənməsi üzrə yeni rejimə keçən Azərbaycan hökuməti mübadilə məzənnəsində böyük çevikliyə nail olub.
«2015-ci ildə devalvasiya rəqabət qabiliyyətinin bərpası və ehtiyatların saxlanması üçün zəruri olub, eləcə də banklara mənfi təsir göstərib və dollarlaşmanın artmasına səbəb olub. Nəticədə bu, qeyri-neft sektorunun inkişafının zəifləməsinə gətirib çıxarır», - deyə o vurğulayıb.
M.Qorçinin sözlərinə görə, dünyada neftin ucuzlaşması Azərbaycanda ixrac gəlirlərinin, karbohidrogen satışından əldə edilən mənfəətin, birbaşa xarici investisiyaların, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin və müvafiq olaraq dövlət investisiyalarının azalmasına sürətlə və birbaşa təsir edir.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət