“BP-Azerbaijan” şirkəti və onun Azərbaycandakı layihələr üzrə tərəfdaşları təhsil sahəsində 358 min manat dəyərində yeni layihənin həyata keçirilməsinə başlayıblar. Bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bu gün layihənin təqdimat mərasimində məlumat verib.
"Bu layihə kənd təsərrüfatı sahəsində təhsilin gücləndirilməsinə yönəldilib. Bu, qeyd olunan sahədə peşə təhsilinin modernləşdirilməsi istiqamətində ilk addımdır. Layihə çərçivəsində bir sıra yeni ixtisaslar üzrə müasir tədris materiallarının, həmçinin dərslik və tədris metodologiyasının hazırlanması nəzərdə tutulur", - deyə o bildirib.
Layihə bir il müddətinə nəzərdə tutulub və British Council tərəfindən həyata keçiriləcək. Layihə 12 moduldan ibarətdir və bağçılıq (bitkilər və onların istifadəsi, əkilməsi və qulluq edilməsi / təsərrüfat işləri, torpaq və substratlar); bitkiçilik (toxum, meyvə, qarğıdalı, meyvəköklü bitki və pambığın yetişdirilməsi); kənd təsərrüfatı texnikası və aqroxidmətlər (kənd təsərrüfatı texnikasının, maşın-mexanizmlərin təmiri, kənd təsərrüfatı texnikasından istifadə) kimi kənd təsərrüfatı sahələri üzrə peşə və ixtisasları əhatə edir.
"Biz bu layihənin reallaşdırılmasından yüksək nəticələr gözləyirik", - deyə Q.Birrell vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət