SOCAR şirkəti (ARDNŞ) 2016-cı ilin sonuna kimi daxili bazarda yerləşdirmək məqsədilə dollar istiqrazlarının ikinci emissiyasını həyata keçirə bilər. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə bildirib.
“SOCAR-ın dollar istiqrazlarının debüt buraxılışına maraq çox böyükdür. Düzdür, əhali hələlik bu kağızları hələ qiymətləndirir... Lakin biz inanırıq ki, onların yerləşdirilməsi uğurlu olacaq. Belə olacağı halda hətta bu il istiqrazların daha bir emissiyasını həyata keçirməyə hazırıq”, - deyə R.Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında qeyd edib.
Bununla yanaşı, o istiqrazların mümkün ikinci emissiya həcmini dəqiqləşdirməyib. “İstənilən halda ikinci istiqrazlar üzrə gəlilrlilk debüt buraxılışdan az olacaq. Çünki əhaliyə xarici valyutada depozitlər üzrə illik 3% gəlirliliklə faizlər təklif edən banklar üçün çətinliklər yaratmaq istəmirik”, - deyə şirkət rəhbəri əlavə edib.
R.Abdullayev vurğulayıb ki, daxili bazarda debüt istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait şirkətin öncə buraxdığı avrobondlar üzrə faizlərin ödənişinə yönəldilib.
Sentyabrın 20-dən etibarən SOCAR 5 il müddətinə $100 mln. məbləğində istiqrazın satışına başlayıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb. İstiqrazların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.
İstiqrazlar üzrə illik gəlirlilik 5% təşkil edəcək.
Bu, SOCAR tərəfindən istiqrazların daxili bazarda ilk yerləşdirilmədir. Şirkət artıq avrobond buraxılışı üzrə təcrübəyə malikdir, yəni xarici bazarlarda 3 dəfə istiqraz yerləşdirib.**
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət