Bakıda ilkin daşınmaz əmlak bazarında fəallıq artıb. Bu barədə “AS Group İnvestment” Şirkətlər qrupu nəzdində fəaliyyət göstərən Strateji araşdırmalar mərkəzinin nəticəsində deyilir.
Mərkəzin analitikləri sentyabr ayında paytaxt daşınmaz əmlak bazarında araşdırma aparıblar.
“Bu həm alıcı fəallığında, həm də bazara çıxan yeni layihələrdə özünü qabarıq şəkildə büruzə verir”, - deyə araşdırmada bildirilir.
2015-ci ilin əvvəlində nəinki heç bir yeni layihə bazara çıxarılmamışdı, hətta bir neçə yaşayış tipli tikinti obyekti öz fəaliyyətini dayandırmışdı. Bu il paytaxt daşınmaz əmlak bazarına 10-dan çox yeni layihə daxil olub.
“AS Group İnvestment”in mütəxəssislərinin rəyinə görə, alıcı və tikinti şirkətlərinin fəallığına iki əsas amil təsir göstərib.
“Birincisi, mövcud vəziyyətdə kiçik və orta sərmayəçilər öz maliyyə vəsaitləri üçün ən etibarlı “sığınacaq” rolunda daşınmaz əmlakı görürlər. Digər faktor isə tikinti sektoruna göstərilən dövlət dəstəyidir. Misal üçün, əksər tikilən layihələrdə Beynəlxalq Bankın xətti ilə 10% ilkin ödəniş və yalnız şəxsiyyət vəsiqəsi ilə 20-illik hazır ipoteka təklif olunur. Bu sərfəli şərt ilkin bazarın əhatə dairəsini daha da genişləndirib, mənzilin tam dəyərini ödəyə bilməyən insanlar üçün yeni imkanlar açıb”, - deyə analitiklər qeyd ediblər. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət