Azərbaycan Dünya İqtisadi Forumunun (World Economic Forum, WEF) hər il tərtib etdiyi rəqabətlilik reytinqində 37-ci yeri tutub.
“Global Competitiveness Report 2016-2017” hesabatına əsasən, Azərbaycan reytinq cədvəlində 138 ölkə arasında 37-ci yeri tutub, respublika bundan öncəki reytinqdə 140 ölkə arasında 40-cı yeri tutmuşdu.
Reytinqə əsasən, Azərbaycanın aktivində 4,5 ball var.
Hesabata əsasən, Azərbaycan institutların inkişaf səviyyəsinə görə 48-ci, infrastrukturun inkişaf səviyyəsinə görə 55-ci, makroiqtisadi sabitliyə görə 39-cu, səhiyyə və ibtidai təhsilə görə 75-ci, ali təhsilə görə 78-ci, maliyyə bazarlarının inkişafına görə 97-ci, əmtəə bazarının səmərəliliyinə görə 50-ci, əmək bazarının səmərəliliyinə görə 26-cı, texnoloji hazırlığa görə 55-ci, bazarın həcminə görə 63-ci, innovasiyalara görə 44-cü, biznesə dəstəyə görə 60-cı yeri tutub.
Hesabatda qeyd edilir ki, Azərbaycan inflyasiyanın səviyyəsinə görə 81-ci, ÜDM-in həcminə görə 63-cü yeri tutur.
Reytinqdə Azərbaycan auditə uyğunluğa görə 91-ci, minoritar səhmdarların müdafiəsinə görə 83-cü, investorların müdafiəsinə görə 64-cü, əqli mülkiyyətin qorunmasına görə 36-cı, mübahisələrin həllində hüquq sisteminin səmərəliliyinə görə 71-ci, şirkətlərin direktorlar şurasının səmərəliliyinə görə 96-cı, dövlət siyasətinin şəffaflığına görə 41-ci, dövlət xərclərinin israfçılığına görə 53-cü yeri tutub.
Bundan başqa, Azərbaycan infrastrukturun keyfiyyəti üzrə 34-cü, avtomobil yollarının keyfiyyəti üzrə 50-ci, dəmiryol infrastrukturunun keyfiyyəti üzrə 29-cu, hava nəqliyyatı infrastrukturunun keyfiyyəti üzrə 36-cı, liman infrastrukturunun keyfiyyəti üzrə 59-cu, əhalinin mobil telefonla təminat səviyyəsinə görə 81-ci yeri tutur.
Hesabata görə, Azərbaycan vergi yükü üzrə 78-ci, antiinhisar qanunvericiliyinin səmərəliliyi üzrə 72-ci, biznesin qeydiyyata alınması prosedurlarının sayına görə 3-cü, biznesin qeydiyyata alınmasına sərf olunan zamana görə 9-cu yeri tutub.
İsveçrə səkkizincii ildir ölkələrin rəqabətlilik reytinqinə başçılıq edir. Sinqapur ikinci yeri tutur. Reytinq cədvəlində üçüncü yerdə ABŞ, növbəti yerlərdə Niderland, Almaniya, İsveç, Böyük Britaniya Yaponiya Honkonq və Finlandiya qərarlaşıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət