Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bank texnologiyaları sahəsində dünya liderlərindən olan Backbase şirkəti arasında müqavilə imzalanıb. Bu barədə bankın məlumatında deyilir.
SİBOS 2016 beynəlxalq sərgi-konfransı çərçivəsində imzalanmış müqavilə elektron bankçılıq sahəsində əməkdaşlıq əlaqələrini nəzərdə tutur. Müqaviləni ABB tərəfdən Bankın İdarə Heyəti sədrinin müavini Ülvi Mansurov, Backbase şirkəti tərəfindən isə şirkətin icraçı direktoru Jouk Pleiter imzalayıb.
Müqavilə çərçivəsində Backbase şirkəti ABB-ə də elektron bankçılığın inkişaf etdirilməsində kömək göstərəcək.
“Özünün yeni fəaliyyət strategiyasına uyğun olaraq rəqəmsal bankçılıq texnologiyalarının geniş tətbiqini planlaşdıran Bank müştərilərlə əlaqə kanallarını modernləşdirəcək. Backbase şirkəti tərəfindən yaradılan elektron bankçılıq proqram təminatı “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə yanaşı, törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın da fəaliyyətində tətbiq olunacaq”, - deyə məlumatda bildirilir.
Proqram təminatlarının yaradılması ilə məşğul olan Backbase şirkətinin əsas missiyası müştərilərlə qarşılıqlı əlaqə sisteminin yaradılması, idarə edilməsi, optimallaşdırılması və təhlükəsizliyi məsələlərində maliyyə institutlarına dəstək verməkdir. Şirkətin məhsullarını tətbiq edən banklar sırasında dünyanın bir sıra aparıcı bankları, o cümlədən ABN-AMRO,Barclays, Sberbank, ING, Deutsche Bank, National Bank of Abu Dhabi və s. kimi banklar var.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət