SOCAR (ARDNŞ) 2016-cı ilin yanvar-sentyabr aylarında dünya bazarlarına 838,218 min ton neft emalı və neft-kimya məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə SOCAR 508,996 min ton dizel yanacağı, 165,347 min ton təyyarə yanacağı, 2,416 min ton sürtkü yağı, 61,102 min ton yüksək təzyiqli polietilen, 9,326 min ton mütləqləşdirilmiş izopropil spirti, 45,195 min ton maye piroliz qətranı, 30,610 min ton propilen, 15,166 min ton butilen butadien fraksiyası, 0,06 min ton mütləqləşdirilmiş diizopropil spirti ixrac edib.
2016-cı ilin sentyabr ayında şirkət dünya bazarlarına 106,296 min ton neft emalı və neft-kimya məhsulları, o cümlədən 78,247 min ton dizel yanacağı, 21,876 min ton təyyarə yanacağı, 4,086 min ton yüksək təzyiqli polietilen, 0,096 min ton mütləqləşdirilmiş izopropil spirti, 1,147 min ton propilen və 0,844 min ton butilen butadien fraksiyası ixrac edib.
SOCAR-ın məlumatına görə, sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti $478,97 (1 ton üçün), təyyarə yanacağının - $430,67, dizel yanacağının - $409,84, 1% kükürdlü mazutun - $255,2, yüksək təzyiqli polietilenin - $1168,5, butilen butadien fraksiyasının - $459,29, maye piroliz qətranının - $478,97, propilenin - 697 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 897,5 avro təşkil edib.
2015-ci ildə şirkət 1 mln. 226,212 min ton neft məhsulu ixrac edib.
2015-ci il yanvarın 1-dən Azərbaycanda yalnız bir - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət