Müxalif “Müsavat” Partiyasının sədr müavini Fərəc Kərimli azadlığa buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə partiyanın başqanı (sədri) Arif Hacılı məlumat verib.
“Fərəc Kərimlinin həbs müddətinin bitməsinə az zaman qalmışdı. Bu səbəbdən o bir neçə ay öncə elan edilən amnistiya aktına əsasən azadlığa buraxılıb”, - deyə A.Hacılı bildirib.
Onun sözlərinə görə, amnistiya aktının icrası müddəti 4 ay təşkil edir.
Müsavat” Partiyasının sədr müavini Fərəc Kərimli və qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 234.4.3maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) müvafiq olaraq 6,5 və 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdilər.
Bu il mayın 24-də Ali Məhkəmə Fərəc Kərimlinin cəzasını 3 ilə endirib.
Amnistiya aktını Azərbaycanın birinci xanımı, deputat Mehriban Əliyevanın müraciəti əsasənda bu il mayın 20-də Milli Məclis qəbul edib. 28 May Respublika Günü ilə bağlı qəbul olunan amnistiya aktı iyunun 15-də qüvvəyə minib və 10,079 min məhkuma şamil edilib.
Bu akta əsasən 2,819 min nəfər azadlığa buraxılıb. **
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət