Əmanətlərin Sığortalanması Fondu (ADIF) lisenziyası oktyabrln 1-də ləğv edilmiş "Bank Standard" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişi üçün yaxın günlərdə Mərkəzi Bankdan (AMB) 460 mln. manat kredit alacaq. Bu barədə fondun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Kredit 10 il müddətinə və illik 0,15% dərəcəsi ilə veriləcək. Kredit məbləğinin bir hissəsini - $175 mln.-nu dollarla alacağıq", - deyə o bildirib.
İcraçı direktorun sözlərəinə görə, ADIF 2016-cı ilin fevral ayında AMB-dən cəlb etdiyi 22 mln. manat məbləğində birinci krediti qaytarmağa başlayıb.
"Bizim aylıq gəlirimiz 6 mln. manat təşkil edir, bunun 3,7 mln. manatını Mərkəzi Bankdan götürdüyümüz kreditin ödənilməsinə yönəldirik. Krediti 2017-ci ilin fevralında tamamilə bağlamağı planlaşdırırıq. Bundan sonra biz bankdan götürdüyümüz 100 mln. manat məbləğində ikinci kredit üzrə ödənişlərə başlayacağıq", - deyə o qeyd edib.
A.Cavadov əlavə edib ki, hazırda fondun sığorta ehtiyatları 33 mln. manat təşkil edir.
ADIF lisenziyaları 2016-cı ilin yanvar-fevral aylarında ləğv edilmiş "Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın əmanətçilərinə kompensasiya ödəmək üçün fevral ayında AMB-dən 1 il müddətinə 22 mln. manat kredit cəlb edib.
Fond lisenziyaları cari ilin iyul ayında ləğv edilmiş Dekabank», «Kredobank», «Parabank» və «Zaminbank»ın əmanətçilərinə kompensasiya ödəmək üçün avqust ayında Mərkəzi Bankdan 100 mln. manat kredit cəlb edib.
Xəbər verildiyi kimi, "Bank Standard"ın lisenziyasının ləğv edilməsi haqqında qərar banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin və “Bank Standard”ın yeni menecementinin müraciəti əsasında Maliyyə Nazirliyi və Mərkəzi Bankla məsləhətləşməklə qəbul edilib.
“Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi son dövrlər onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olmuş, bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdı.
“Bank Standard” Azərbaycanın aparıcı banklarının beşliyinə daxil idi.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət