Bu gün Avropa ölkələrində Suriya və digər qaynar nöqtələrdən olan qaçqın və məcburi köçkünlərin hüquqları kütləvi şəkildə pozulur. Bunu Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.
«Bu gün Suriyadan milyonlarla qaçqının kütləvi şəkildə Avropaya getməsi miqrasiya sahəsində böhranın ən aşkar təsiridir. Yüz minlərlə suriyalı qaçqın Avropa ölkələrində nicat axtarmağa məcburdur. Bu ölkələrdə onlara, eləcə də qadınlara və uşaqlara qarşı sərt və hətta amansız siyasət yürüdülür», - deyə F.Ələsgərov bu gün Bakıda MDB dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasında bildirib.
Onun sözlərinə görə, yaranmış böhrandan çıxış yolunun tapılması üçün Avropa İttifaqı çərçivəsində debatlar keçirilir.
«Bir çox hallarda Avropa ölkələrində qaçqınların hüquqları pozulur, ksenofobiya və islamofobiya meyllərinin artması müşahidə olunur», - deyə şöbə müdiri qeyd edib.
O əlavə edib ki, miqrasiya problemləri Azərbaycan üçün də təhlükə yaradır, çünki qaynar nöqtələrdən çoxlu sayda miqrant saxta sənədlərlə ölkəmizə gəlməyə çalışır.
«Miqrasiya sahəsində əməkdaşlığın inkişafına böyük önəm verən Azərbaycan miqrasiya problemlərinin həllinə öz töhfəsini verir. Azərbaycan postsovet məkanında erməni təcavüzü nəticəsində böyük miqrasiya axını ilə üzləşmiş ilk dövlətdir. Torpaqlarımızn 20%-nin işğalı nəticəsində 1 mln.-dan çox vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilib», - deyə F.Ələsgərov diqqətə çatdırıb.
O, həmçinin prezident İlham Əliyevin iclas iştirakçılarına ünvanladığı müraciəti də oxuyub.*
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət