Avstraliyanın Pert şəhərində Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin nümayəndə heyəti iştirak edib.
Azərbaycan Milli Məclisi ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins çıxışında 1991-ci il dekabrın 26-da Avstraliyanın Azərbaycan Respublikasının müstəqilliyini tanımasından danışıb.
Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov ölkənin siyasi, iqtisadi uğurlarını qeyd edərək iki ölkə arasında bütün sahələrdə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriSəməd Seyidov 25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlardan bəhs edib.
S.Seyidov yığıncaq iştirakçılarına Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verərək bütün beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət