Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub.
“Bu gün Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” qanunun qəbuluna ehtiyac var”, - deyə komitə sədri İsa Həbibbəyli bildirib.
Onun sözlərinə görə, bu qanun qəbulu gələcək nəslin efektiv intellektual, fiziki və estetik tərbiyəsinin təminatına xidmət edəcək.
“Son 5 il ərzində ölkədə bir çox müasir bağçalar inşa edilib və təmir olunub. Bu da həmin qanunun qəbuluna zəmin yaradıb”, - deyə o bildirib.
Komitə sədri qeyd edib ki, bir il öncə bu məqsədlə xüsusi komissiya yaradılıb. “Bu il ərzində Təhsil Nazirliyinin ekspertləri ilə birgə 5 hissə və 24 maddədən ibarət “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üzərində böyük iş aparılıb”, - deyə İ.Həbibbəyli vurğulayıb.
Onun sözlərinə görə, sənədə əsasən, məktəbəqədər təhsil dövlət, özəl və bələdiyyə başçaları, digər məktəbəqədər müəssisləri, o cümlədən körpələr evi-bağçaları əhatə edəcək.
“Qanun layihəsinin ilkin variantında həmçinin ailə uşaq bağçaları qeyd edilib. Düşünürəm ki, onları sənəddən çıxarmaq lazımdır. Məktəbəqədər təhsili dövlət, özəl və bələdiyyə uşaq bağçalarında tətbiq etmək kifayətdir”, - deyə o bildirib.
O qeyd edib ki, 1-3 yaş arası uşaqlar üçün sənəddə “tərbiyə”, 3 yaş və daha yuxarı uşaq qrupları üçün “təhsil” terminini tətbiq etmək lazımdır.
İclasda vurğulanıb ki, hazırda Azərbaycanda 83 min uşaq məktəbəqədər təhsil alır. Onların tədrisi pilot layihə çərçivəsində bir sıra ümumtəhsil məktəblərində aparılır.
“Yaxın illərdə ölkədə 90% uşaqlar arasında məktəbəqədər təhsilin təminatı strateji məqsədimizidr”, - deyə İ.Həbibbəyli vurğulayıb.
O həmçinin qeyd edib ki, qanun layihəsində fiziki imkanları məhdud uşaqların məktəbəqədər təhsilinə dair müddəa öz əksini tapıb. “Dövlət üzərinə uşaq bağçalarında məktəbəqədər təhsilin tətbiqinə dair öhdəlik götürür. fiziki imkanları məhdud uşaqlar da kənarda qalmayacaqlar. Onlar sanitar və digər bu növ məktəbəqədər müəssisələrdə məktəbəqədər təhsil ala biləcəklər”, - deyə komitə sədri bəyan edib.
İ.Həbibbəyli uşaq bağçalarında qiymətlərin tənzimlənməsi zərurətini qeyd edib.
“Bu gün ölkədə uşaq bağçalarının əksəriyyəti ödənişlidir. Burada aylıq ödəniş 300-700 manat arası dəyişir. Düşünürəm ki, ödənişli uşaq bağçalarında ödənilən vəsaitin maksimum həddi müəyyənləşdirilməlidir. Misal üçün, 500 manat. Bu pronblemin həlli üzərində düşünürük”, - deyə o bildirib.
Komitə xədri həmçinin məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi zərurətini qeyd edib.
“Özəlləşmə məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir. Qanun layihəsinin ilkin variantında bağçaların özəlləşdirilməməsini qeyd etmişdik. Lakin sonra baxdıqda aydın olur ki, rayonların bəzilərində maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var”, - deyə o əlavə edib.
Qanun layihəsində yer alan bir madəyə əsasən, siyasi partiyalar və dini birləşmələr yanında strukturlar tərəfindən məktəbəqədər təhsil həyata keçirməyə icazə verilmir.
İclasın sonunda qanun layihəsi ilk oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət