Azərbaycan neft hasilatını artırmağı planlaşdırmır və neftin qiymətinin stabilləşməsi üçün tədbirlər görməyə hazırdır. Bunu prezident İlham Əliyev deyib.
"Bu gün həm istehsalçılar, həm də istehlakçılar neftin qiymətinin stabilləşməsinə, daha doğrusu artmasına nail olmaq istəyir. Buna görə də neftin qiymətinin aşağı olması istehlakçılara da zərbə vurub. Bu gün əlbəttə, neftdən asılı olan, neft hasil edən ölkələrin iqtisadiyyatı da əziyyət çəkir. Buna görə OPEK-ə üzv olan və olmayan iri ölkələr arasında vahid siyasət haqqında razılığın əldə olunması sabitliyin əsas amili olardı", - deyə İ.Əliyev Rusiya KİV-nə müsahibəsində bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət elə inkişaf edir ki, OPEK ilə onun üzvü olmayan iri hasilatçı ölkələr arasında razılıq əldə oluna bilər. "Zənnimcə, bu, baş verməlidir – ancaq bütün tərəflər maksimum dərəcədə səmimi, vicdanlı olmalı və qərar qəbul edilərsə, onların yerinə yetirilməsinə nəzarət üzrə təsirli mexanizm mövcud olmalıdır", - deyə prezident qeyd edib.
O əlavə edib ki, neft bazarı ümumilikdə qiymətin 60, hətta 70 dollar olacağına köklənib. Bu, hər kəs üçün faydalı olar. Şirkətlərə investisiya imkanı verər, hasilatçı ölkələrə müxtəlif layihələr üçün maliyyə gəlirini təmin edər. “Azərbaycan birmənalı şəkildə bunun tərəfdarıdır və bu barədə dəfələrlə bəyan edib. Biz birtərəfli qaydada bəyan edirik ki, heç bir qərar gözləmədən neft hasilatını artırmayacağıq”, - deyə dövlət başçısı “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyova bildirib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət