Səhiyyə Nazirliyi Abşeron rayonunda qaz sızması nəticəsində baş vermiş partlayışda güclü yanıq xəsarətləri alan iki nəfəri Türkiyəyə müalicəyə göndərib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
"Müşviq Qurbanov və həyat yoldaşı Şəbruz Novruzova gecə saatlarında Respublika Yanıq Mərkəzindən Türkiyədəki hospitallardan birinə göndərilib. Yaralıların vəziyyəti çox ağır olaraq qiymətləndirilir", - deyə S.Əhmədova bildirib.
Onun sözlərinə görə, onların 12 yaşlı qızı Leyla Qurbanlının müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.
Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsindəki yaşayış evində partlayış baş verib. Evin yaxınlığından keçən yeni çəkilmiş qaz xəttindəki sızma nəticəsində mənzilin zirzəmisinə qaz dolub. Səhər saatlarında Ş.Novruzova mətbəxin işığını yandırıb. Evin zirzəmisinə dolan qaz isə partlayışa səbəb olub.
Hadisə nəticəsində M.Qurbanov, Ş.Novruzova və L.Qurbanlı güclü yanıq xəsarətləri alıb, ailənin 3 yaşlı qızı Banıçiçək Qurbanlı isə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət