Azərbaycan Xorvatiya ilə birgə əczaçılıq müəssisələrinin yaradılmasında maraqlıdır. Bunu prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda bildirib.
«Qarşılıqlı sərmayə qoyuluşlarını müzakirə etmək lazımdır. Biz yeni sənaye sahələrinin yaradılmasında maraqlıyıq. Burada əczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Bu baxımdan idxaldan asılı ölkəyik. Düşünürəm ki, dərman istehsalı sahəsində birgə müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki əhalimizin sayı artıq 10 milyon nəfərə çatır», - deyə prezident qeyd edib.
Onun sözlərinə görə, həm dövlət, həm də özəl şirkətlər xaricə sərmayə qoyuluşları həyata keçirir.
«Digər sahə Azərbaycan şirkətlərinin Xorvatiyada infrastruktur layihələrində iştirakı ilə bağlı ola bilər. Biz həmçinin Xorvatiya şirkətlərini Azərbaycana dəvət edə bilərik. Bu gün Azərbaycanda çoxlu sayda Xorvatiya şirkəti fəaliyyət göstərməsə də, bu sahədə dinamik inkişafı nəzərə alaraq biz bu ölkədə fəaliyyət göstərən şirkətləri böyük məmnuniyyətlə ölkəmizə dəvət edərdik», - deyə İ.Əliyev bildirib.
O, ticarət, turizm, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
«Hazırda Azərbaycan kənd təsərrüfatı sahəsinə böyük həcmdə sərmayə qoyuluşları həyata keçirir. Biz geniş çeşiddə kənd təsərrüfatı məhsulları ixrac edirik», - deyə dövlət başçısı diqqətə çatdırıb.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət