“VTB Bank (Azerbaijan)” yaxın illərdə əsas diqqəti biznes sahəsində əməkdaşlığa yönəldəcək. Bunu “Bank VTB”nin vitse-prezidenti, İdarə Heyətininsədrmüavini, "VTB Bank (Azerbaijan)"ın Müşahidə Şurasının sədri Mixail Oseyevski bu gün iqtisadiyyat naziri Şahin Mustafayev və Azərbaycan və Rusiya iş adamları ilə keçirilən işgüzar görüşdə deyib.
"Biz fəaliyyətimizi Rusiya şirkətlərinin Azərbaycanda həyata keçirdikləri layihələrin maliyyələşdirilməsinə, RF-yə məhsul ixrac edən Azərbaycan biznesinin dəstəklənməsinə yönəltmək niyyətindəyik", - deyə o bildirib.
Azərbaycanın maliyyə bazarında vəziyyətə toxunan vitse-prezident son dərəcə yüksək dollarlaşmanı əsas problem adlandırıb.
"Biz bu sahədə hansı tədbirlərin görüləcəyini müəyyən etmək üçün yol xəritəsinin qəbul olunmasını gözləyirik. İndi banklar manat qıtlığı ilə üzləşib, buna görə də Rusiya ilə işləyənlərə rublla illik 13-15%-lə kredit verməyi planlaşdırırıq. RF-də inflyasiyanın səviyyəsi azaldıqca, bu dərəcələr də azaldılacaq. Bu, gəlir və xərcləri rublla olan iş adamlarına valyuta riskindən azad olmağa imkan verəcək", - deyə M.Oseyevski qeyd edib.
Onun sözlərinə görə, bank həmçinin faktorinq məhsullarını da istifadəyə verir. "Biz investisiya kreditlərinin verilməsi ilə də fəal şəkildə məşğul olmaq istəyirik və 5-7 il müddətinə investisiya kreditləri verməyə hazırıq", - deyə Müşahidə Şurasının sədri əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət