Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yüksəkixtisaslı müətəxəssislərin hazırlanması məqsədilə SOCAR (ARDNŞ) ilə əməkdaşlıq etməyi planlaşdırır. Bunu Universitetin rektoru Mustafa Babanlı bu gün tələbələrlə keçirilən görüşdə bildirib.
“Hazırda Universitetdə 10 min nəfər təhsil alır. Son illər ərzində tələbələrimizin sayı 2 min nəfər artıb. Əmək bazarında məzunların hamısının işlə təmin olunması üçün problem yaransa da, Yuniversitetin xüsusilə əcnəbi tələbələrinin sayını artırmağı düşünürük. O cümlədən, bir sıra layihələrin reallaşdırılmasını planlaşdırırıq. Onların sırasına “Tələbələr üçün gündəlik təcrübə proqramı” da daxildir”, - deyə M.Babalı qeyd edib.
Onun sözlərinə görə, bu proqramın reallaşdırılması məqsədilə Universitet kiçik müəssisələr, həmçinin SOCAR ilə əməkdaşlıq imkanını nəzərdən keçirir. “Məqsədimiz sadəcə tələbələrin sayının artırılması deyil, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Perspektivdə SOCAR ilə uzunmüddətli əməkdaşlıq qurmağı nəzərdə tuturuq və dünən ARDNŞ-nin İnsan resursları Departamentinin rəhbəri ilə görüş zamanı bu məsələ müzakirə olunub”, - deyə rektor bildirib.
Tədbir çərçivəsində SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadəyə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Fəxri professoru” diplomu təqdim olunub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət