“İnterfaks-Azərbaycan” agentliyinin Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidentiİhsan Uğur Delikanlı ilə müsahibəsi.
- Qara Dəniz regionunda cari iqtisadi vəziyyəti və biznes mühiti necə qiymətləndirirsiniz. Fikrinizcə, region üçün əsas çağırış və gözləntilər nədən ibarətdir?
- 2010-2015 Qara Dəniz regionunda orta illik artım orta hesabla 2,1% təşkil edib. Əfuslar olsun ki, qlobal artımın sürətinin azalması fonunda Latın Amerikası və Karib hövzəsi ölkələri ilə yanaşı Qara Dəniz regionu ən zəif artım nümayiş edib. Qara dənizətrafı ölkələrdə özəl və dövlət investisiya yatırımı böhrandan sonrakı dövrdə zəif olaraq qalıb. 2008-ci ildə regiona birbaşa xarici investisiyalar $147 mlrd. və ya ümumi ÜDM-in 4,4%-ni təşkil edərək pik nöqtəyə çatıb. O zamandan etibarən sərmayələrin həcmi kəskin azalaraq 2015-ci ildə cəmi $40 mlrd. və ya ÜDM-in 1,5%- ni təşkil edib. Bu da 2008-ci ilin göstəricisindən 73% azdır. Bu qəribə görünə bilər, çünki dünyada faiz dərəcələri çox aşağıdır, buna baxmayaraq, sərmayə qoyuluşları zəif olaraq qalır. Lakin, xarici valyutada alınmalara davamlı çıxışı olanlar üçün dərəcələr aşağıdır. Regionun bir çox ölkələrində daxili faiz dərcələri daha yüksək olub, çünki kredit-pul siyasətini yürüdən milli orqanlar artımın stimullaşdırılması, inflyasiya ilə mübarizə, milli valyutanın məzənnəsinin saxlanması və maliyyə sisteminin stabilləşməsi kimi rəqabət aparan imperativlərdən istədikləri kimi istifadə etməyə çalışırdılar. Müəssislərin maliyyələşməyə davamlı çıxışının olamaması da regionda böhrandan sonrakı dövrdə əsas problemə çevrildi. Qlobal faiz dərəcələri aşağı ola bilər, lakin əminlik də aşağı səviyyədədir.
Nəticə etibarilə deyə bilərəm ki, Qara Dəniz regionunda dövlət və özəl sərmayələrə aşağıdakı amillər zərbə vurub: xarici maliyyəçi və investorlar tərəfindən riskə yüksək dərəcədə meylli olmamaq, ənənəvi ixrac bazarlarında məhdud tələbat, depozitlər üzrə aşağı daxili dərəcələr, yerli maliyyə sistemlərində əminsizlik, bazarlarda kəskin dəyişiklik və ya onların bağlanması qarşısında gizli qorxu hissi.
2016-ci ildə artıma qayıtmağı planlaşdırırıq, çünki regionun Cənubi-Avropa hissəsi inamla yüksəlməyə davam edir. Şərq hissəsi canlanma mərhələsindən öncə aşağı həddə çatıb. Daxili istehlak və ixraca tələbat artımın əsas təkanverici qüvvələri olacaq. 2015-ci ildə müşahidə olunan aşağı qiymətlərdən yuxarı səviyyələrdə neftin qiymətinin stabilləşməsi müsbət amil oldu. Bu il kapital axını bərpa olundu, lakin bu sabitliyin müddəti məlum deyil. Avropa İttifaqında borcun səviyyəsi mövcud miqrasiya böhranı kimi Qara Dəniz regionu üçün risk olaraq qalır. Əlbəttə ki, Brexit də qeyri-müəyyənlik daxil etdi. ABŞ, Aİ və Yaponiyanın yürütdüyü uyğunsuz pul-kredit siyasəti regionumuz üçün maliyyə bazarlarının rahat fəaliyyətinə əlverişsiz təsir göstərə bilər ki, bunun da nəticələri mənfi ola bilər. Buna baxmayaraq, ehtiyatlı nikbinliyimizi qoruyaraq 2017-ci ildə iqtisadi artımın yaxşılaşacağını gözləyirik.
- Bank regionda hansı sahələrdə daha faydalı ola bilər və nə kimi iqtisadi yardım göstərə bilər? Bankın kreditor kimi üstünlükləri nədən ibarətdir?
- Bütövlükdə maliyyə institutları, xüsusilə də Qara Dəniz Ticarət və İnkişaf Bankı bazarlara az etimad dövrlərində ehtiyatların toplanması və riskləri aradan qaldırılması üçün investorlara yardım üçün ideal vasitədir. Həqiqətən, 2009-cu ildən etibarən beynəlxalq maliyyə institutlarının maliyyə resurslarının toplanması və investisiya yatırılmasında daha əhəmiyyətli rolun oynadığını müşahidə edirik. Onlar investisiya yatırılmasına yardım etmək məqsədilə əlavə riskləri öz üzərilərinə götürüblər.
Məlumdur ki, maliyyə institutları aşağıdakı məsələlərdə yaxşı rol oynayırlar:
- maliyyəyə çıxşı olmayan bazarlarda əlverişli şərtlərlə uzunmüddətli maliyyələşmənin təminatı, o cümlədən, “əks-tsiklik (dövri)” adlanan kreditləşmə
- əlavə resurs və donorların toplanması
- özəl bazarın öhdəsindən gələ bilmədiyi risklərin təmin edilməsi, o cümlədən sığorta risklərinin yüngülləşdirilməsi
- netvorkinq üstünlüklərinin verilməsi və bilik mübadiləsinə yardım
- dövlət ilə dialoqun qurulmasına yardım və daxili zəruri islahatların tətbiqinin dəstəklənməsi.
Beynəlxalq maliyyə müəssisələri tərəfindən aralarında əməkdaşlığın genişləndirilməsi və özəl sektorun dəstəklənməsi ilə dövlət-özəl tərəfdaşlıq, qarışıq maliyyələşmə, yerli valyutada maliyyələşdirmə, həmçinin risklərin şaxələndirilməsi nəzərə alınmaqla məhsullar kimi alətlərə əsaslanaraq fəaliyyətlərində innovasiyaları tətbiq etmək zəruri olacaq.
Qara Dəniz Ticarət və İnkişaf Bankı əsasən ticarətin maliyyələşməsi və kiçik və orta müəssisələrin dəstəklənməsi sahələrində fəaliyyət göstərir. Bank Qara Dəniz regionunun əksər hissəsi üçün səviyyəvi olan bilavasitə orta firmalarla əməkdaşlıq edərək kiçik layihələri maliyyələşdirir. Həmin müəssisələr regionda işgüzar fəallığın böyük hissəsini təmin edirlər. Daha iri beynəlxalq maliyyə institutları və ya kommersiya bank sektoru ilə rəqabət aparmaq əvəzinə biz Qara Dəniz regionunda fəaliyyət göstərən digər subyektləri tamamlamağa, həmçinin əməkdaşlığın inkişafı və məşğulluğun artımına imkan yaradan sinerjinəri inkişaf etdirməyə çalışırıq.
- Xüsusi diqqət ayırdığınız iqtisadiyyatın konkret sahələri və ya biznesin növləri varmı?
- Qeyd etdiyim kimi, əsasən üzv-dövlətlərdə kiçik və orta biznesin dəstəklənməsinə diqqəti yönəltmişik. Bu dəstək həm şirkətlərin səhmdar kapitalına birbaşa maliyyələşmə və sərmayələr, həm də SME-nin kreditləşməsi üçün yerli maliyyə institutlarına xüsusi kredit xəttlərinin verilməsi, lizinq əməliyyatları, ticarətin maliyyələşməsi və s. vasitələrlə təmin olunur. Portfelimizin 40%-dən çoxu maliyyə sektoru vasitəsilə əməliyyatların payına düşür. Hazırda 2015-2018-ci illərə ortamüddətli strategiyaya əsasən real sektorun dəstəklənməsi, xüsusilə istehsalat, enerji, dövlət xidmətləri və digər qeyri-maliyyə xidmətləri sahələrində əməliyyatlara diqqət ayırırıq. Hazırda onlar bankın portfelinin 50%-dən çoxunu təşkil edir. Biz xüsusilə PPP, dövlət sektoru ilə əlaqədar əməliyyatlara böyük diqqət ayırırıq.
- Mürəkkəb zamanlar innovativ qərarlar tələb edir. Bank Qara Dəniz regionunda çağırışların qarşısnı almaq üçün məhsullarının inkişafına necə yanaşır?
- Həqiqətən, qəbul etmək lazımdır ki, regionumuz bank sektoru tərəfindən alınmaların kəskin azalmasının şahidi olub, bu da öz növbəsində regional biznes üçün kreditlərə çıxışı çətinləşdirib. Maliyyələşməyə tələbat yüksək olaraq qalır. Biz zəmanət dairəsi və ticarət maliyyələşməsi məhsullarını genişləndirmək niyyətindəyik. Həmin məhsulları regional ticarətin inkişafı və üçüncü ölkələrin bazarlarına ixrac məqsədilə təklif edirik. İnnovativ qərarlarımızı misal çəkərək, gəncləri işlə təmin edən və əsasən qadınların mülkiyyəti və ya idarəçiliyi altında olan müəssisələri qeyd etmək olar. O cümlədən, müştərilərimizin kreditlərinin ödənilməsi müddətini uzatmaq və onlara modernləşmə və yayılma üzrə səylərinin stabil maliyyələşməsini təmin etməyə yardım məqsədilə resursları toplamaq niyyətindəyik.
- Son zamanlar bankın əsas nailiyyətləri nədən ibarətdir? Yaxın illər üçün bankın strategiyası nədir?
- Bəzi üzv-ölkələrin keçmişdə və hazırda münasibətlərindəki siyasi gərginliyi nəzərə alaraq bank hər zaman siaysi mübahisələri toplantı zalından kənarda saxlamağa müvəffəq olub. Bütün kommersiya təkliflərinə hər hansı ölkəyə qarşı ayrı-seçkilik və mövhumata yol verilmədən baxılır. Bu, bankın əsas institusional dəyəridir və biznesimizin uğurlu inkişafının təməllərindən biridir. 1999-cu ildə yaranandan etibarən bank Qara Dəniz regionunda 300 layihənin reallaşmasına 3,8 mlrd. avrodan artıq vəsait ayırıb. O cümlədən, dolayısı ilə digər investorlardan daha artıq resurs toplayıb. Son 10 il ərzində QDİTB sabit maliyyə vəziyyəti və stabil gəlir nümayiş edib. Biz portfelin keyfiyyətini kifayət dərəcədə yaxşılaşdırdıq. 2015-ci ilin sonuna ona vəziyyətə görə, bankın yalnız iki problemli krediti var. Ödənilməmiş krdeit portfelinin 1,2%-i onların payına düşür. Qara Dəniz regionunda maliyyə müəssisələri arasında ən yaxşı reytinqlərə, həmçinin üzv-ölkələrdə əlverişsiz siyasi, iqtisadi və bazar şərtlərinə baxmayaraq, Mərkəzi və Şərqi Avropada ən yüksək reytinqlərdən birinə malik olduğumuza görə gürurluyuq.
2015-2018-ci illərdə ayrı-ayrı ölkə və sektorlar üzrə daha balanslaşdırılmış portfelə nail olmaqla yanaşı, orta illik portfelin 7,5% artımını proqnozlaşdırırıq. Qara Dəniz regionunda aparıcı rolu üzərimizə götürməyə o cümlədən davamlı inkişafa, yüksək ekoloji standartlara və şəffaflığa yardım sahəsində kommersiya bankları üçün model qismində xidmət etməyə çalışırıq. 2020-ci ilə qədər QDİTB bütün dünyada və səhmdarları tərəfindən Qara Dəniz regionunun inkişafı üzrə mühüm maliyyə müəssisəsi kimi tanınmaq niyyətindədir. Beləliklə, bank çoxtərəfli və ikitərəfli donorlar üçün regionda, həmçinin inkişaf üzrə digər tərəfdaşlar üçün daha üstün tutulan tərəfdaşa çevriləcək.
- QDİTB-nin Azərbaycandakı strategiyası və biznes prioriteləri nədən ibarətdir?
- Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq, bank böyük şaxələndirməni irəli aparmağa yardım edərək qeyri-neft iqtisadiyyatını dəstəkləmək niyyətindədir. Bu məqsədlə qeyri-neft iqtisadiyyatının əsas hissəsini təşkil edən kiçik və orta müəssisələri dəstəkləmək üçün Azərbaycan bankları ilə fəaliyyətə yönəlmişik. Bundan başqa, istehsalat, aqrobiznes və digər firmaları dəstəkləmək istəyirik. Onlar iqtisadiyyatın bir qədər az inkişaf edən sahələrində yeni iş yerlərinin açılmasına şərait yaradacaqlar.
- Bankın Azərbaycandakı portfelinin bu günədək inkişafını necə qiymətləndirirsiniz? Nəyə daha çox xüsusi əhəmiyyət vermək və ya dəyişmək istəyərdiniz?
QDTİB 2011-2014-cü illər üçün Azərbaycan üzrə strategi çərçivəsində fəaliyyətinin genişləndirilməsində böyük uğurlara nail olub. €150 mln. dəyərində layihələr təsdiq edilib və yeni öhdəliklər € 120 mln. təşkil edib – bütün bunlar dünya iqtisadiyyatında yüksək qeyri-müəyyənliyin hökm sürdüyü bir dövrdə baş verib. 2015-ci ildə isə biz €69 mln. məbləğində yeni öhdəliklər aldıq. Biz hadisələrin bu cür inkişafından və portfelimizin artmasından razı idik. Beləliklə, Azərbaycan indi € 125 mln. məbləğində hələ ödənilməmiş maliyyə vəsaitli əməliyyatlarımızın həcminə görə dördüncü ölkədir.
Biz həmçinin Azərbaycan üçün yeni stabil əməliyyatlar kanalına malik olmaqdan məmnunuq. Bu, bizə 2016-cı ilin ilk bir neçə ayı ərzində iqtisadi sarsıntılara və gözlənilən resessiyaya baxmayaraq, respublika bazarında aktiv iştirakı qoruyub saxlamağa imkan verməlidir. Biz xüsusilə regional əməkdaşlıq üçün nəzərəçarpan faydanın olduğu layihələrdə iştirak etmək istərdik.
- Yaxın illərdə Azərbaycanla bağlı nə kimi məqsəd və planlarınız var?
2015-2018-ci illər üçün öhdəliklər üzrə hədəfimiz €92- €138 mln. arasında dəyişir. Biz bu hədəflərə aparan yoldayıq, həmçinin indiki azalmanı nəzərə alaraq və "kontrtsiklik" yanaşmanı əsas götürərək Azərbaycan firmalarına potensiallarını reallaşdırmaq üçün maliyyə vəsaiti əldə etməkdə kömək etməyə çalışırıq. Onu da deyə bilərəm ki, biz istehsal və aqrobiznes kimi sektorlarda fəaliyyət göstərən firmalarla birbaşa əməkdaşlığa üstünlük verəcəyik, habelə SME-yə daha səmərəli çıxış üçün yerli maliyyə institutları ilə əməkdaşlığı davam edirəcəyik. Bundan başqa, nəqliyyat, telekommunikasiya, su təchizatı və çirkab sularının təmizləməsi kimi sahələrdə infrastrukturun inkişafına dəstək göstərməyə çox şad olacağıq.
A.Axundov, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət