2016-cı ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları pozuntusuna görə 61,3 mln. manat cərimə tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«9 ay ərzində 61,3 mln. manat cərimə tətbiq edilib», - deyə məlumatda qeyd olunur.
Hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə 2 mln. 231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5% çox inzibati xəta aşkarlanıb.
«Xətaların 51,8%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,7%-i dayanma və ya durma qaydalarının pozulması, 4,5%-i yol ayrıcını keçmə, 4,2%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,2%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması ilə əlaqədardır», - deyə məlumatda bildirilir.
Yanvar-sentyabr aylarında yol-nəqliyyat hadisələrinin sayı 9,9%, zərərçəkənlərin sayı isə 11,9% azalıb.
Zərərçəkənlərin 1,555 min nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 571 nəfəri isə ölüb.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (1302) yaşayış məntəqələrində baş verib. Nəticədə 374 nəfər ölüb, 1,453 min nəfər xəsarət alıb. 2015-ci ilin analoji dövrü ilə müqayisədə ölənlərin sayı 15,8%, yaralananların sayı isə 11,2% azalıb.
Bütün yol-nəqliyyat hadisələrinin 41%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib .
Yol-nəqliyyat hadisələrinin 44,2%-i gündüz, 38,5%-i gecə, 17,3%-i isə toran vaxtı qeydə alınıb. Yol-nəqliyyat hadisələrinin 29%-i istirahət günləri baş verib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət