Prezident İlham Əliyev dünya KİV-ni dünyada baş verən siyasi hadisələrin mahiyyətini təhrif etməməyə çağırıb.
«Təəssüflər olsun ki, biz çox tez-tez beynəlxalq KİV-in bu və ya digər hadisəni necə işıqlandırmasının, dünyada qarşıdurma yaratmasının şahidi oluruq», - deyə o, bu gün Bakıda Dünya Xəbər Agentliklərinin “Xəbər agentlikləri üçün yeni çağırışlar” mövzusunda V Konqresində bəyan edib.
Dövlət başçısı beynəlxalq hadisələrin işıqlandırılmasında KİV-in rolunun ətraflı analiz edilməsinin vacibliyini qeyd edib.
«Bəzən müxtəlif xarici kanallara baxır və görürsən ki, eyni hadisələr tamamilə müxtəlif cür şərh edilir. Biz çox zaman Yaxın Şərqdə, postsovet məkanında və planetin digər nöqtələrində baş verən hadisələr haqqında siyasi cəhətdən əsaslandırılmış reportajlara baxır və siyasi dairələrin eyni proseslərin işıqlandırılmasına müdaxiləsini təəssüf hissi ilə müşahidə edirik», - deyə İ.Əliyev vurğulayıb.
O əlavə edib ki, KİV hadisələri işıqlandırarkən üzərinə düşən məsuliyyəti dərk etməlidir. «Biz hamımız mətbuatın azadlığının tərəfdarıyıq. Bizə doğru məlumat lazımdır. Bu, 70 il yalnız bir siyasətin yürüdüldüyü və başqa informasiya mənbələrinə çıxışın olmadığı SSRİ-nin tərkibində olmuş Azərbaycana da aiddir», - deyə prezident bildirib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət