Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri regionda təhlükəsizliyin təminatı və inkişafına yönəlib. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bizim səylərimiz regional inkişafı, iqtisadi sabitliyin təminatı, müştərək layihə iştirakçılarının mənfəət əldə etməsi, təhlükəsizliyin təminatına yönəlib ki, bu olmadan regionda proqramlar həyata keçirilə bilməz. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri dövlətlərin yaxınlaşmasına yönəlib”, - deyə İ.Əliyev bu gün Dünya Xəbər Agentliklərinin “Xəbər agentlikləri üçün yeni çağırışlar” mövzusunda V Konqresində bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan enerji əməkdaşlığının inkişafı üçün səy göstərir. “1990-cı illərin enerji layihələri regionun uğurlu inkişafını təmin etdi. Boru kəməri şəbəkəsi Xəzər, Qara və Aralıq dənizləri birləşdirdi. Hazırda dəyəri $45 mlrd. həcmində qiymətləndirilən “Cənub Qaz Dəhlizi” layihəsinin icrası üzərində çalışırıq”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev qeyd edib ki, bu layihə çərçivəsində Azərbaycan 7 ölkə ilə sıx əməkdaşlıq edir. Gələcəkdə bu layihəyə digər ölkələr də qoşulacaq. “Cənub Qaz Dəhlizi”nin reallaşması nəticəsində Azərbaycan iri qaz ixracatçısına çevriləcək. Azərbaycanın enerji siyasəti bizim maraqlarımıza əsaslanır”, - deyə prezident bəyan edib.
O qeyd edib ki, yalnız ümumi maraqlara riayət qarşıya qoyulan məqsədlərə çatmağa imkan verəcək. “Enerji layihələri dövlətləri biri-birindən uzaqlaşdırmamalı, əksinə birləşdirməlidir”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan regional əməkdaşlığın inkişafına yönələn nəqliyyat dəhlizlərinin yaradılmasına dair səy göstərir. “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə işlər tamamlanmaq üzrədir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə test rejimində qatarları yola salmağa hazırlaşırıq”, - deyə İ.Əliyev bildirib.
O cümlədən, “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində işlər davam etdirili. “Hər iki dəhliz dövlətlərin birgə fəaliyyətinin aktivləşməsinə, ölkələrə malları ixrac etməyə şərait yaradacaq. Bununla yanaşı, zamana qənaət (yüklərin çatırılması zamanı) iki həftə təşkil edəcək”, - deyə prezident vurğulayıb.
İ.Əliyev əlavə edib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ölkədə yürüdülən siyasətin prioritetlərindən biridir. “Biz güclü ölkə qurmalıyıq, iqtisadiyyatımızı şaxələndirməliyik. Gələcəkdə bu şaxələndirmə sonrakı inkişafa daha çox imkan yaradacaq”, - deyə o qeyd edib.
Prezident bəyan edib ki, Azərbaycan təhsil sahəsini inkişaf etdirməyə çalışır. “Biz təbii resursları insan kapitalına transformasiya etməyə çalışırıq. Təhsil bizim əsas prioritetlərimizdən biridir”, - deyə o qeyd edib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət