Politoloq Fuad Axundov Rusiyanın elmi jurnalında xristian-qıpçaqların məcburi qaydada etnik ermənilərə çevrilməsinə dair məqalələri alqışlayır və həmin məqalələri xristianetiqadlıtürklərin tarixinin öyrənilməsi işinə ciddi töhfə hesab edir.
“Rusiya alimlərinin Qafqaz, Qara dəniz ətrafı, Don, Krım və digər ərazilərdə Qriqorian məzhəbinə qulluq edən türk-qıpçaqların erməni-haylarına çevrilməsi mövzusuna dair sıx araşdırma ilə məşğul olduqlarını görmək sevindirici haldır”, - deyə F.Axundov Rusiyanın «Современная наука: Актуальные проблемы теории и практики» jurnalında tanınmış rusiyalı tədqiqatçı Eduard Vartanovun «Переподчинение Эчмиадзину армяно-кипчаков и их принудительная деэтнизация» adlı məqaləsini şərh edərkən bildirib.
“Bu, Ermənistanın guya tarixə əsaslanan Dağlıq Qarabağa olan ərazi iddialarını tamamilə puç edir. Məhz Ermənistanın bütün əhalisi erməni-qriqorian məzhəbinə etiqad edən hay xalqıdır ki, Kiçik Asiyadan hazırki yaşadıqları yerə köçürülüb. Burada isə türk-qıpçaqları, udilər və erməni-qriqorian məzhəbinə etiqad edən digər xalqlar yaşayıb. Lakin sonra hay xalqı onları zor gücü ilə erməniləşdirərək, həmin xalqların bütün irsini mənimsəyib. Qarabağ ermənisi Artur Ağacanov da bu yaxınlarda bu narədə söz açıb. O bildirib ki, Qafqaz, Qara dəniz ətrafı, Donda deyil, tarixən Kiçik Asiyada yaşayan hay xalqına aidiyyatı yoxdur. Eləcə XIX əsrdə Alban kilsəsi Eçmiadzin erməni kilsəsinə birləşdirildi. Həmin əsrdə Qüdsdə Alban məhəlləsi erməni məhəlləsi olsu, alban kilsələrini isə erməni kilsələrinə çevirdilər. Məhz bu miqyaslı tarixi saxtakarlıqlar və bütün xalqların taleyi ilə oyunlar erməni dövlətinin əsassız ərazi iddialarının təməlini qoydu”, - deyə F.Axundov vurğulayıb.
O xüsusilə qeyd edib ki, türk-qıpçaqların erməniləşməsinə dair məqalə Rusiyanın Ali Atesstasiya Komissiyası tərəfindən tanlnmış elmi jurnalda dərc olunub.
“Yəni, söhbət tarixi məqalənin ictimai nəşrdə populyarlaşdırılmasından deyil, elmi araşdırmadan gedir. Məqalədə müəllifin bütün iddiaları əsaslı faktlar və tarixi sənədlərlə öz təsdiqini tapır”, - deyə F.Axundov vurğulayıb.
O bəyan edib ki, bu araşdırma növbəti dəfə özlərini erməni hesab edən geniş Qafqaz, Qara dəniz ətrafı, Don, Krım regionun əksər sakinlərinin erməni-hay etnosuna aidiyyatı olmadığını, türk-qıpçaqların nəsilindən olduqlarını təsdiq edir.
“Onların arasında Kiçik Asiyadan köçürülən hay xalqının nəsilləri də var. Ancaq müasir ermənilərin əksər hissəsini məhz qıpçaq əsillilər formalaşdırır. Vartanov öz araşdırmasında qıpçaqların erməni-haylarına çevrilməsi mexanizmini nümayiş edib”, - deyə F.Axundov tarix elmi üçün bu məqalənin əhəmiyyətini vurğulayıb.
"Ağacanovun, Vartanovun bəyanatları xüsusilə ona görə qiymətlidir ki, erməni tarixşünaslığı elmi faktlara qarşı çıxaraq özlərini qıpçaq türkləri hesab edənləri zorla hay adlandırır. Və öz köklərini çox gözəl bilən, lakin bu torpaqları işğal etmiş Ermənistanın dövlət terroru qorxusu ilə susmağa məcbur olan Dağlıq Qarabağın minlərlə sakininin səssizliyinə rəğmən öz mənşələri haqqında bu cür açıq şəkildə danışmağa cəsarət tapdıqları üçün onlara təşəkkür edirəm", - deyə F.Axundov vurğulayıb.
Politoloq qeyd edib ki, bu, artıq qısa vaxt ərzində Rusiyanın elm cəmiyyətində erməni tarixşünaslığının yalan üzərində qurulmuş postulatlarının təkzib edildiyi ikinci haldır.
«Lap bu yaxınlarda Ermitajda numizmatikaya həsr olunmuş konfransda erməni alimin Qarabağ, İrəvan, Gəncə və Naxçıvan xanlıqlarının sikkələri ilə bağlı məruzənin adı dəyişdirilmişdi. İlkin versiyada bu xanlıqların adları ümumi olaraq “Şərqi Ermənistan” kimi təqdim olunmuşdu. Lakin azərbaycanlı alimlərin müdaxiləsi və Ermitajın rəhbəri Mixail Piotrovski ilə görüşdən sonra “Şərqi Ermənistan” ifadəsi məruzənin adından və mətnindən çıxarıldı. Bununla da Rusiya tarixşünaslığının sütunlarından biri özünü tarix elminə qarşı qoyan yalançı erməni elmi mühitinin əsassız tarixi iddialarını təkzib etdi. Və 3 elmi qurumun – Ermənistan Elmlər Akademiyasının (EEA) Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu və Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərlərinin məruzə ilə bağlı Piotrovskinin mövqeyinə etiraz etməsi bu qarşıdurmanın ən gərgin nöqtəsi oldu. Ermənistan elmi rəhbərliyi özünü tarixi sənəd və faktları əsas tutan tanınmış şərqşünas Piotrovski ilə müqayisə etmək cəsarəti tapdı”, - deyə o bildirib.
«Vartanovun araşdırması və Azərbaycan xanlıqlarının sikkələrinə dair məruzə ilə bağlı hər iki halda eyni qanunauyğunluq açıq şəkildə izlənilir – erməni tarixşünaslığının yalan postulatları Rusiyanın tanınmış elmi dairələrinin sərt etirazı ilə üzləşir. Təkcə Ermənistan Elmlər Akademiyasında Azərbaycan xanlıqları ermənilərin özlərinin uydurma mifləri əsasında “Şərqi Ermənistan” hesab olunur, halbuki dünya elm aləmi onların Azərbaycana məxsus olması qənaətindədir. Təkcə EEA-da tarixən qriqorianlığa etiqad edənləri haylar hesab edirlər, baxmayaraq ki, onlar özlərini hayların yox, qıpçaq türklərinin və digər xalqların nəsillərinə aid edirlər. Faktiki olaraq erməni tarix elminin rəhbərləri öz uydurma postulatlarından kənara çıxa bilmir və sivil dünyadan fərqli olaraq tamamilə başqa ölçüdə yaşayır, Ermənistanın dövlət sərhədi isə erməni və dünya tarix elmi arasında suayırıcı rolunu oynayır. Bütövlükdə, erməni tarixşünaslığı belə ucuz saxtakarlıqlarla Ermənistan əhalisinin aşağı intellektə malik olduğunu fərz edir. Bu isə belə olmadığı üçün biz erməni xalqına onların tarixi və mənşəyi ilə bağlı faktları təqdim etməyə davam edəcəyik”, - deyə F.Axundov qeyd edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət