Dünya Bankı (DB) 2016-cı ilin yekunları üzrə Azərbaycanda inflyasiyanı ikirəqəmli səviyyədə proqnozlaşdırır. Bunu bankın Avropa və Mərkəzi Asiya regionu üzrə baş iqtisadçısı Hans Timmer bu gün Buxarestdə videokonfrans zamanı deyib.
"Bu il Azərbaycanda inflyasiya ikirəqəmli səviyyədə olacaq. 2017-2018-ci illərdə vəziyyət o qədər də qorxulu olmayacaq, belə ki, inflyasiya idxal qiymətlərinin kəskin şəkildə artması ilə əlaqədar yaranmışdı. Hazırda qiymətlərin balanslaşması prosesi gedir", - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
Region ölkələrində milli valyutanın məzənnəsinin qeyri-sabitliyi ilə bağlı ümumi vəziyyəti şərh edən H.Timmer qeyd edib ki, sabit məzənnə heç də həmişə uğurlu iqtisadiyyatın əlaməti deyil. "Buna görə də hər hansı iqtisadi şoka reaksiya üçün milli valyuta çevik məzənnəyə malik olmalıdır", - deyə baş iqtisadçı vurğulayıb.
O əlavə edib ki, “milli valyutanın bazarda tələb və təklifin nisbəti əsasında özünün real dəyərini tapmasına” şərait yaratmaq lazımdır.
Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə ölkədə orta illik inflyasiya 4% təşkil edib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət