Azərbaycan hökuməti 2020-ci ildə 1 mlrd. 390,48 mln. manat dəyərində gəmi və üzən vasitələrin istehsalını proqnozlaşdırır ki, bu da 2016-cı ilin göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Proqnozlara əsasən, 2016-cı ildə 670,563 mln. manat dəyərində gəmi və üzən vasitə istehsal ediləcək.
2017-ci ildə ildə gəmi və üzən vasitələrin istehsalı ilə bağlı işlərin dəyəri 804,676 mln. manat, 2018-ci ildə 965,611 mln. manat, 2019-cu ildə 1 mlrd. 158,733 mln. manat təşkil edəcək.
2015-ci ildə Azərbaycanda 608,291 mln. manat məbləğində gəmi və üzən vasitə istehsal olunub.
Xəbər verildiyi kimi, 2013-cü il sentybarın 20-də Bakı Gəmiqayırma Zavodu istismara verilib. Zavod ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir.
Xəzər hövzəsində analoqu olmayan zavodda ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.
Müəssisənin ərazisi ümumilikdə 620 min kvadratmetrdir. Burada 1630 metr uzunluğunda yanalma körpüsü, beşmərtəbəli inzibati bina, təlim mərkəzi, müxtəlif ofislər və anbarlar, istehsal və təmir-ötürmə sahələri, yeməkxana, tibb məntəqəsi, kompressor binası, zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilib.
Zavodun tikintisinə $470 mln. investisiya qoyulub.
Müəssisənin səhmdarları SOCAR şirkəti (65%), Sinqapurun “Keppel” şirkəti (10%) və Azərbaycan İnvestisiya Şirkətidir (25%). **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət