“Politika.az” xəbər portalının rəhbəri müxtəlif başlıqlı məqalələrdə təbii qaz və elektrik enerjisinin satış qiymətlərinin tənzimlənməsinə dair informasiyalarla əlaqədar Baş Prokurorluğa dəvət edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
“Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Politika.az” xəbər portalında müxtəlif başlıqlı məqalələrdə təbii qaz və elektrik enerjisinin satış qiymətlərinin tənzimlənməsi barədə Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarına ölkə ictimaiyyətinin guya etiraz etməsi barədə məlumatlar yerləşdirilməklə cəmiyyətdə çaşqınlıq yaradılmasına xidmət edən həqiqətə uyğun olmayan informasiyalar dərc edilib”, - deyə məlumatda deyilir.
Qeyd olunur ki, bununla əlaqədar xəbər portalının rəhbəri Baş Prokurorluğa dəvət edilib.
“Reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına son qoyulması tələb edilməklə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”, - deyə məlumatda vurğulanır.
Prokurorluğun rəyinə görə, Tarif Şurasının qeyd edilən qərarından sui-istifadə edən “Politika.az” xəbər portalı yaydığı informasiyalarda “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərini kobud surətdə pozaraq ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salmağa cəhd edib. “Həmin informasiyalarda Tarif Şurasının qərarının əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə xidmət etməsi, yaxın günlərdən etibarən ərzaq və digər məhsulların, eləcə də xidmətlərin qiymətinin qalxmasının qaçılmaz olması xüsusi qeyd edilməklə, vətəndaşların kütləvi şəkildə aksiyalarda iştirakı üçün açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilib”, - deyə məlumatda bildirilir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət