Peru Konqresində Peru-Azərbaycan dostluq qrupu yaradılıb.
“Peru Konqresinin Xarici əlaqələr komitəsinin sədri Xuan Karlos del Aqila Kardenasın təşəbbüsü ilə Peru və Azərbaycan arasında 13 konqresmendən ibarət yeni dostluq qrupu yaradılıb”, - deyə Azərbaycanın Limadakı səfirliyindən məlumat verilib.
Bu münasibətlə Peru Konqresinin binasında mərasim təşkil edilib.
Mərasimdə Azərbaycanın Perudakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili Mehdi Məmmədov da iştirak edib.
O, yeni dostluq qrupunun yaradılmasına görə Peru konqresmenlərinə minnətdarlığını bildirib. Diplomat öz nitqində Ermənistan-Azərbaycan münaqişəsi və nəticələri haqqında ətraflı məlumat verib, Xocalı soyqırımından bəhs edib.
Tədbirdə bir neçə konqresmen çıxış edərək Dağlıq Qarabağ münaqişəsinə toxunub və tezliklə bu problemin sülh və diplomatik yolu ilə həll edilməsinə, qaçqın və məcburi köçkünlərin öz qanuni torpaqlarına geri dönəcəklərinə ümidvar olduğunu bildiriblər.
Tədbirdə Peru və Azərbaycan arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, iqtisadi, daxili və xarici siyasət sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri, həmçinin parlamentlərarası münasibətlərin inkişafı və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, 2013-cü il 10 iyun tarixində Peru Konqresində Xocalı soyqırımını və Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan Qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənib, Xocalıda baş verən hadisələr soyqırım kimi qiymətləndirilib.*
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət