Maliyyə Sabitliyi Şurası yaxın vaxtlarda tam "üzən məzənnə"yə keçidlə bağlı tədbirlər planı üzərində işi başa çatdıracaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
«Biz tədbirlər planı hazırlayırıq və yaxın günlərdə onu müvafiq qaydada təqdim edəcəyik», - deyə o bildirib.
AMB sədrinin sözlərinə görə, tam “üzən məzənnə”yə keçid ciddi hazırlıq, çox sıx makroiqtisadi koordinasiya və bir sıra struktur problemlərin həllini tələb edir.
«Bunun üçün biz Beynəlxalq Valyuta Fondundan (BVF) texniki yardım cəlb etmişik. Biz bu plana uyğun işləyirik. Bu işlər Maliyyə Sabitliyi Şurasına daxil olan strukturlarla birgə aparılır», - deyə E.rüstəmov qeyd edib.
Onun sözlərinə görə, bu addımların əsas məqsədi makroiqtisadi sabitliyə nail olmaqdır. «Biz 2016-cı ilin əvvəlindən idarə olunan “üzən məzənnə” rejimində işləyirik. AMB fevral ayından bazarda valyuta satışı həyata keçirmir. Bu gün biz görürük ki, valyuta bazarında tələb və təklif arasında müəyyən fərq var, xüsusilə tələb təklifi ötür», - deyə sədr vurğulayıb.*
A.Axundov, R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət