Azərbaycan hökuməti bəzi xidmət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sabit verginin tətbiqi təklif edilir. Bu barədə vergilər naziri Fazil Məmmədov bəyan edib.
“Bu, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, məişət cihazlarının təmiri ilə məşğul olanlar, dayə, fərdi sürücülük və s. xidmətlər göstərən şəxslərə aiddir”, - deyə F.Məmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergi qanunvericiliyinə dəyişikliklər paketinin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, fəaliyyət növündən asılı olaraq, bu kateqoriyadan olan şəxslər üçün aylıq sabit verginin məbləği 5-30 manat arasında olacaq.
Bundan başqa, qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək: Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2; Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5; Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1; digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.
F.Məmmədov əlavə edib ki, bu vergini ödəyən və müvafiq qəbz əldə edən şəxslər vergi orqanına bəyannamə təqdim etməməlidirlər. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət