2016-cı ilin əvvəlindən etibarən Azərbaycanda nikaha daxil olan vətəndaşların icbari tibbi müayinəsi nəticəsində 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Bu barədə Respublika Talassemiya Mərkəzinin hesabatında qeyd olunur.
“2016-cı il ərzində 134656 nəfər müayinədən keçib. 4358 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 32 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb”, - deyə Səhiyyə Nazirliyi məlumat verir.
Cari ilin əvvəlindən Respublika Talassemiya Mərkəzinə 21009 müraciət daxil olub. Bunlardan 2749 ilkin müraciət etmiş şəxslərin 276 nəfəri dispanser qeydiyyata götürülüb.
Hazırda Mərkəzdə dispanser qeydiyyatda olan 2862 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin olunur.
Ümumilikdə, Sümük İliyi Transplantasiya şöbəsində 2014-cü ildən indiyədək 42 xəstəyə, 2016-cı ildə - 17 xəstəyə xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.
Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Mərkəzin Hemotologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə alır. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət