Xəzər dənizində baş verən insident nəticəsində itkin düşmüş neftçilərdən birinin meyiti tapılıb. Bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bu gün keçirilən brifinqdə məlumat verib.
"İtkin düşən neftçilərdən birinin – İlham Qafarovun (operator) meyiti tapılıb”, - deyə o bildirib.
Baş mühəndisin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin 10 gəmisi axtarışlara cəlb olunub.
"Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, axtarışlar davam etdirilir", - deyə o əlavə edib.
B.Ağarəhimov vurğulayıb ki, estakada 1978-ci ildə inşa edilib, sonuncu dəfə təmir işləri bu ilin avqustunda aparılıb.
O qeyd edib ki, bu estakada Səngəçal-Duvannı yatağında yerləşirdi.
"Hadisə yerində dənizin dərinliyi 10-11 metrdir. İ.Qafarovun meyiti Ələt qəsəbəsi yaxınlığında tapılıb və həmin yerə əlavə gəmilər cəlb olunub. Axtarışlar, ilk növbədə “Səngəçal-Xərə-Zirə-Duvannı” yatağı yaxınlığında aparılsa da, Ələtə qədər və Xəzər sahili boyunca genişlənib”, - deyə B.Ağarəhimov əlavə edib.
Onun sözlərinə görə, dalğıc işlərinin aparılması üçün “Avior” gəmisi cəlb olunub. Gəmi işə hazır olsa da, mövcud hava şəraitində bu, mümkün deyil", - deyə baş mühəndis vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
Hadisə yerinə dərhalFövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət