“Şimal” DRES 2016-cı ilin yanvar-noyabr aylarında 2 mlrd. 22,2 mln. kVt/saat elektrik enerjisi istehsal edib, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədə “Azərenerji” ASC-dən məlumat verilib.
“İstehsal həcminin artımı avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir”, - deyə ASC-dən bildiriblər.
Noyabrda stansiyada elektrik enerjisi istehsalı 129,7 mln. kVt/saat təşkil edib.
Hazırda stansiyada 409 MVt gücündə ikinci buxar-qaz qurğusunun tikintisi davam edir.
Xəbər verildiyi kimi, ikinci buxar-qaz qurğusunun tikintisi Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (Japan Bank for International Cooperation, JBIC) 29 mlrd. 280 mln. yapon yeni ( $275 mln.-dan çox) məbləğində krediti hesabına maliyyələşdirilir. Kredit Azərbaycana 10 ili güzəştli olmaqla 40 il müddətinə və 0,75% dərəcəsi ilə verilir. Layihənin ümumi dəyəri $330 mln.-dan çoxdur.
Layihə 400 MVt gücündə buxar-qaz qurğusunun, 107 кm uzunluğunda 220 kV-luq iki halqalı ötürücü xəttin tikintisini, ötürücü xətlərin və yarımstansiyaların yenidən qurulmasını nəzərdə tutur. Tikintini Yaponiyanın “Toyo Engineering Corporation” şirkəti həyata keçirir.
“Şimal” DRES-də artıq JBIC-nin krediti hesabına “Mitsui/Mitsubishi” alyansının tikdiyi 400 MVt gücündə bir BQQ fəaliyyət göstərir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət