Azərbaycan hökumətinin 2025-ci ildən sonrakı dövr üçün hədəfi ölkəni dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirməkdir.
Bu fikirlər şənbə günü dərc olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.
Sənədə əsasən, bu məqsədlə əsas tələbatın olduğu şəhər və ölkələrdə, eləcə də məşhur onlayn platformalarda yüksəkhədəfli və yaxşı tənzimlənən marketinq tədbirlərinə başlanacaq.
Uzunmüddətli perspektivdə Azərbaycan Avropa və Asiyadan olan turistlər üçün regional qovşağa çevrilməlidir.
"Xüsusilə Azərbaycanın aviasektoru il ərzində təxminən ölkəyə gələn və gedən 8 mln. nəfərə xidmət göstərməlidir. Bu, Bakıya işgüzar və turist səfərləri üçün tranzit məntəqəsinə çevrilməyə imkan verəcək", - deyə sənəddə qeyd olunur.
Azərbaycanın regionlarda olan hava limanlarının xidmət keyfiyyətinin mövcud səviyyəsinin müəyyən edilməsi və hava limanları şəbəkəsinin genişləndirilməsi istiqamətində zəruri ehtiyacların dəyərləndirilməsi üçün müvafiq araşdırma aparılacaq. Eyni zamanda, 2020-2025-ci illər üzrə hava limanlarına investisiya qoyuluşu planlarının turizm sektorunun inkişafı istiqamətinə uyğunluğu, eləcə də Zabrat hava limanının aşağıbüdcəli aviaşirkətlər tərəfindən istifadəsi üçün müvafiq texniki-iqtisadi əsaslandırma işlənib hazırlanacaq.
Strategiyada bildirilir ki, regiondan olan turistlərin Azərbaycana axınını qış turizm komplekslərində müxtəlif mövsümlərdə böyük və cəlbedici festivalların keçirilməsi hesabına artırmaq olar. Belə festivallar Bakıda təşkil edilə bilər.
Həmçinin Sahibkarlığa Kömək Milli Fondunun turizm sektoruna ayıracağı maliyyə vəsaitinə dair tədbirlər planı hazırlanacaq. Bu plan 2017-2020-ci illəri əhatə edəcək.
Azərbaycan hökuməti 2020-ci ilədək olan dövr üçün turizm sektorunun inkişafına investisiya qoyuluşlarını 350 mln. manat həcmində qiymətləndirir.
2020-ci ilədək turizm sektorunda 25 min iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Bundan başqa, Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmələrin sayı 2015-ci il üzrə təxminən 0,8 mln. gecədən 2020-ci il üzrə ən azı 3,65 mln. gecəyədək artırılacaq.
2020-ci ildə aşağı büdcəli gəlmə turizm göstəricisi 265 minə çatdırılacaq, “Böyük İpək Yolu” və digər mədəni turizm marşrutları üzərində yerləşən məntəqələrə 180 mindən artıq turist cəlb olunacaq. Sağlamlıq obyektlərindən istifadə göstəricisinin hazırkı 40%-lə müqayisədə 65%-dək artırılması nəzərdə tutulur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət