Azərbaycanda 5 zavodu özündə birləşdirəcək yeni metallurgiya kompleksinin yaradılmasına investisiya qoyuluşları 1,225 mlrd. avro həcmində qiymətləndirilir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün “Metallurgiya sənayesinin inkişafı. Yeni çağırışlar və hədəflər” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
"Sumqayıtda 5 zavoddan ibarət metallurgiya kompleksi inşa olunacaq. Tikinti işləri 3 il davam edəcək. Bu layihəyə sərmayə qoyuluşları 1,225 mlrd. avro məbləğində qiymətləndirilir", - deyə nazir bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində tikinti işləri zamanı 4 min, kompleks istismara verildikdən sonra isə 1,2 min iş yeri açılacaq.
Ş.Mustafayev qeyd edib ki, kompleksdə istehsal olunan məhsulun 50%-i ixrac ediləcək.
Tədbir çərçivəsində "Danieli & C. Officine Meccaniche S.p.A» (İtaliya) və Baku Steel Company arasında layihənin həyata keçirilməsinə dair saziş imzalanıb.
Qiymətləndirmələrə görə, kompleks işə salındıqdan sonra Azərbaycan polad idxalında illik $500 mln. məbləğində vəsaitə qənaət edəcək.
"Bu, yeni iş yerlərinin açılması, idxaldan asılılığın azaldılması və ölkənin ixrac potensialının genişləndirilməsi baxımından çox vacib layihədir. Buna görə hökumət adıçəkilən layihənin həyata keçirilməsini tam şəkildə dəstəkləyir", - deyə o vurğulayıb.
Bundan başqa, bu kompleksdə çalışacaq yüksəkixtisaslı kadrların hazırlanması üçün məktəbin açılması məsələsi müzakirə olunur.
Ş.Mustafayev əlavə edib ki, layihə yalnız özəl investisiyaların, xüsusilə şirkətlərin öz vəsaitləri və onların banklardan cəlb etdiyi vəsaitlər hesabına həyata keçiriləcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət