2017-ci ildə Bakı Nəqliyyat Agentliyi (BNA)hava limanından Bakının mərkəzinə və geriyə sərnişindaşıma üçün marşrut xəttlərinin sayını artırmağı planlaşdırır. Bu barədə BNA-dan məlumat verilib.
“Hazırda qeyd olunan istiqamətdə “28 May” metro stansiyasından H.Əliyev adına Beynəlxalq hava limanı və geriyə bir ekspress-xətt fəaliyət göstərir. Gələn il bu cür marşrut ekspress-xəttlərin sayını artırmağı planlaşdırır”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, BNA Bakının mərkəzində iki yol kəsişməsi üçün “İdeal yol ayrıcı” layihəsinin reallaşdırılmasını planlaşdırır. “Layihə üzrə kəsişmədə fiziki qüsurlu insanların rahat hərəkəti üçün pandus, istiqamət (ünvan) göstərici məlumat lövhələrinin yerləşdirilməsi nəzərdə tutulub. Bu işlər “Abbasqulu Ağa Bakıxanov” küçəsinin “Səməd Vurğun” küçəsi ilə və “28 May” küçəsinin “Azadlıq” küçəsi ilə kəsişməsində həyata keçiriləcək”, - deyə məlumatda deyilir.
Layihənin reallaşdrılması müddəti baədə məlumat verilmir.
Həmçinin BNA bildirir ki, Bakı şəhərində yerləşən piyada keçidləri araşdırılaraq ümumilikdə 413 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib.
Eyni zamanda, agentlik tərəfindən “Sovetski” ərazisində salınan yeni yollarda yol hərəkətinin təşkili məqsədilə 2 svetofor obyektinin, 11 avtobus dayanacaq məntəqəsinin və 16 məntəqədə piyada keçidlərinin yerləri müəyyənləşdirilib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət