2017-ci ilin I yarısında Türkiyə və Azərbaycan arasında güzəştli ticarətə dair sazişin imzalanması planlaşdırılır. Bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bu gün jurnalistlərə bəyan edib.
“Biz iki ölkə arasında ticarət dövriyyəsini hazırki $3,5 mlrd.-dan $10-15 mlrd.-a qədər artırmağı planlaşdırırıq. Bunun üçün qarşılıqlı güzəştlərin tətbiqi zəruridir. Gələn ilin birinci yarısında müvafiq sazişlin imzalanması planlaşdırılır”, - deyə N.Zeybekçi bildirib.
Onun sözlərinə görə, sənədi Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasınınnövbəti iclası çərçivəsində imzalamaq nəzərdə tutulur.
“Hazırda Türkiyə Azərbaycanla ticarət əməliyyatları zamanı hesablaşmaların bir hissəsinin milli valyutada həyata keçirilməsinə yönəlib”, - deyə N.Zeybekçi vurğulayıb.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə məlumat verib ki, hələlik Bakı və Ankara arasında ticarətdə hesablaşmaların mill valyutada aparılmasına dair danışıqlar aparılmayıb. Lakin nazir gələcəkdə bu cür danışıqlara start veriləcəyini istisna etməyib. **
A.Axundov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət