Milli Dopinq Agentliyi 2017-ci ilin yanvar ayında fəaliyyətə başlayacaq. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
«Milli Dopinq Agentliyi 2017-ci ilin yanvar ayının ilk günlərində fəaliyyətə başlayacaq», - deyə o, ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, agentliyə hazırda namizədliyi nəzərdən keçirilən Şəfəq Hacıyeva rəhbərlik edə bilər.
O vurğulayıb ki, agentlik müstəqil fəaliyyət göstərəcək.
«2017-ci ildə Azərbaycanda 400-ə qədər dopinq analizi götürülməsi planlaşdırılır. Eyni sayda da İslam Oyunlarında olacaq. Bu da 800 edir və yüksək göstəricidir», - deyə A.Rəhimov bildirib.
O əlavə edib ki, Azərbaycan Dünya Antidopinq Agentliyi (WADA) qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib. «Biz idmanda dopinqin istifadəsinə qarşı mübarizə haqqında qanun qəbul etmişik, Milli Antidopinq Agentliyi qeydiyyatdan keçirilib. Bütün öhdəlikləri yerinə yetirmişik və WADA-nın artıq bizə heç bir iradı yoxdur», - deyə nazir qeyd edib.
O, WADA-nın idmançıları beynəlxalq turnirlərdə qazandıqları medallardan hətta bir neçə il sonra da məhrum etməsindən təəssüfləndiyini deyib.
“Bir çox ekspertlər idmana bu cür yanaşmanın əleyhinədir. Çünki elm daim inkişafdadır. 10 ildən sonra dopinqlə mübarizəyə hansı cihazlar yaradılacaq, bu məlum deyil. İdmançının qəbul etdiyi dərman 10 ildən sonra tapılsa, o, öz medalını itirir. Bu yanaşmanı düzgün hesab etmirəm. Amma Dünya Antidopinq Agentliyinin bu məsələ ilə bağlı öz fikri var və onu dəyişmək istəmir”, - deyə A.Rəhimov əlavə edib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət