Nazirlər Kabineti iri dövlət şirkətlərinin gəlir və xərclərinə nəzarətin sərtləşdirilməsinə dair sənədlər paketini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Nazirlər Kabineti İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarını hazırlaması Qaydasını, həmin smetaların icrası üzrə monitorinq aparılması Qaydasını, eləcə də bu smetaları təsdiq edəcək hökumət komissiyasının tərkibini təsdiq edib”, - deyə məlumatda bildirilir.
Azərbaycanda gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC, “Meliorasiya və Su Təsərrüfatı” ASC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar (“Azərkosmos” ASC, “Aztelekom” MMC, “Azərpoçt” MMC və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi) daxil edilib.
Komissiyanın sədri baş nazirin birinci müaviniYaqub Eyyubov, komissiyanın üzvləri iqtisadiyyat naziriŞahin Mustafayev, maliyyə naziriSamir Şərifov, vergilər naziriFazil Məmmədov, Mərkəzi Bankın sədriElman Rüstəmovvə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədriRüfət Aslanlıtəyin edilib. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə komissiyanın Katibliyi yaradılıb və katibliyin funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilib.
Nazirlər Kabinetinin qərarına əsasən iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək komissiyanın Katibliyinə təqdim etməlidir. Komissiya təqdim olunmuş layihələrin müzakirəsini və qiymətləndirilməsini həyata keçirməli və müvafiq düzəlişlərin aparılması zərurəti yarandıqda, həmin layihələri hər il sentyabr ayının 15-dək iri dövlət şirkətlərinə qaytarılmalıdır.Komissiya hər il noyabr ayının 1-dək iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarını təsdiq etməlidir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət