2016-cı ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yükdaşımalarının həcmini 2015-ci illə müqayisədə 47% - 4,5 mln. tona qədər artırıb. Bu barədə QSC-dən məlumat verilib.
Bununla belə, bütün yük daşımalarının 87%-i tranzit yüklərinin payına düşüb.
Hesabat ili ərzində qoşqu və digər avtomobil texnikası daxil olmaqla, iri qabaritli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılmasında (TIR) 2015-ci illə müqayisədə 3 dəfə - 23,415 min ədədə qədər artım müşahidə olunub.
“2016-ci ildə Qazaxıstana yüklərin daşınması 13,791 min ədəd və ya avtotexnikanın ümumi sayının 58,9%-ni, Türkmənistana - 9,624 min ədəd və ya 41,1%-ni təşkil edib”, - deyə məlumatda deyilir.
Ötən il limanın əsas yük terminalı vasitəsilə 418,1 min ton yük aşırılıb (artım 8,2%), bunun əksər hissəsi tranzit konteynerləri və tikinti materiallarının idxalına düşüb.
Limanın məlumatına görə, hesabat ili ərzində liman vasitəsilə konteynerlərin aşırılması 2015-ci illə müqayisədə 28,5% - 17,1 minə qədər, TEU, neft və neft məhsullarının aşırılması - 87,5% - 1,575 mln. tona qədər artıb.
2016-cı il ərzində bərə terminalı vasitəsilə 36,896 min vaqon (artım 17,4%), həmçinin 11,109 min vaqon və ya 30,1%-i Bakı-Aktau-Bakı marşrutu, 25,787 min vaqon və ya 69,9%-i - Bakı-Türkmənbaşı-Bakı marşrutu ilə yola salınıb.
Hesabat ilində liman vasitəsilə sərnişin daşınması hər iki istiqamətdə 20,203 mi nəfər təşkil edib (artım təxminən 2 dəfə).
Xəbər verildiyi kimi, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi həyata keçirilir.
Birinci mərhələ üzrə işlər 2017-ci ildə başa çatdırılaraq. Limanın 10-11,5 milyonluq quru və ümumi yük, 40000-50000 TEU konteyner yükü tutumuna malik olması gözlənilir. İkinci mərhələ başa çatdıqdan sonra limanın aşırma gücü 17 mln. ton yük və 150 min konteynerə qədər artacaq. Tamamlandıqdan sonra yeni liman 25 mln. ton ümumi yük, eləcə də 1 mln. TEU konteyner yükü aşırma gücünə malik olacaq.
Limanın tikintisinin podratçısı “Azərkörpü” ASC-dir. Liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət