Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki bölmələrdə olan Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib”, - deyə məlumatda deyilir.
Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzə edilib. “Səngərlərdə döyüş növbətçiliyini yoxlayan Z.Həsənov hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb”, - deyə məlumatda qeyd edilir.
Dövlət başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə əminliyini ifadə edən Z.Həsənov hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
“Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən həmsərhəd kəndlərdən birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edib”, - deyə məlumatda vurğulanır. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət