Bu gün Bakıda Pirallahı Sənaye Parkında yeni "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev və İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii iştirak edib.
Layihədə İranın “TPİCO” şirkəti 49%, “Azərsun Holdinq” 26%, "Azərbaycan İnvestisiya Şirkəti" ASC 25% iştirak payına malikdir.
Tərəflərin nümayəndələri layihə çərçivəsində birgə fəaliyyətə dair sənədlər imzalayıblar.
"Zavod 1,5 il ərzində inşa olunacaq. Məhsul istehsalına 2018-ci ilin III rübündən başlanılacaq və GMP standartlarına cavab verəcək. I mərhələ çərçivəsində investisiya qoyuluşları $20,6 mln. məbləğində qiymətləndirilir", - deyə Ş.Mustafayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, I mərhələdə zavodda minimal əməkhaqqı 700 manat olmaqla 90 iş yeri yaradılacaq.
"Layihəyə qoyulan investisiyaların geri qayıtma dövrü 7,2 il, daxili rentabellik norması 17,24% təşkil edir", - deyə nazir qeyd edib.
Zavod 5 ha ərazidə yerləşəcək. Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı planlaşdırılır.
Birinci mərhələdə zavodda ildə 200 mln.-dan çox həb və kapsul, ikinci mərhələdə 54 təsiredici maddə, üçüncü mərhələdə 84 adda dərman preparatı istehsal olunacaq.
Layihə zavodun 7 il müddətində mənfəət vergisi, gömrük rüsumları və ƏDV-dən azad edilməsini nəzərdə tutur.
Layihənin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət