SOCAR gələcəkdə üzən məzənnə rejimi nəzərə alınmaqla qazın qiymətinin tənzimlənməsi mexanizmini tətbiq etməyi nəzərdə tutur. Bu barədə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.
“Hazırda ölkədə təbii qaza tələbat daxili hasilat və PSA tipli müqavilələr üzrə tərəfdaşlardan (onlarla hesablaşma ABŞ dolları ilə aparılır) qazın alınması hesabına təmin edilir”, - deyə o bildirib.
Vitse-prezident əlavə edib ki, SOCAR istehlakçıları qazla Tarif Şurasının müəyyən etdiyi tariflərlə təchiz edir, baxmayaraq ki, bu əməliyyatlar şirkətin özü üçün ziyandır.
"Üzən məzənnə rejimi nəzərə alınmaqla biz PSA tipli müqavilələr üzrə tərəfdaşlardan xarici valyutada qazın alınması əməliyyatlarından müəyyən ziyan çəkirik. Bununla əlaqədar gələcəkdə ya Nazirlər Kabineti ya da Tarif Şurasının üzən məzənnə rejimi nəzərə alınmaqla qazın daxili qiymətinin tənzimlənməsi mexanizmini işləyib hazırlayaraq tətbiq edəcəyini gözləyirik”, - deyə S.Qasımov qeyd edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət