1 yanvar 2017-ci il tarixinə olan vəziyyətə görə, “Şahdəniz” yatağından 78,4 mlrd. kubmetr qaz hasil edilib. Bu barədə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
"Bu günədək “Şahdəniz” yatağından 78,4 mlrd. kubmetr qaz və 19,6 mln. ton kondensat hasil edilib. Bu yataqdakı 8 quyudan sutkalıq hasilatın həcmi orta hesabla 29,5 mln. kubmetr qaz və 6,5 min ton kondensat təşkil edir", - deyə o, “Respublika” qəzetinə müsahibəsində bildirib.
X.Yusifzadənin sözlərinə görə, 2017-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Cənubi Qafqaz boru kəməri ilə Gürcüstana “Şahdəniz” yatağından hasil olunmuş 5,9 mlrd. kubmetr qaz, Türkiyəyə isə 43,8 mlrd. kubmetr qaz ixrac edilib.
«Bu kəmərlə Gürcüstana nəql edilən qazın orta sutkalıq həcmi hazırda 4 mln. kubmetr, Türkiyəyə - 18,5 mln. kubmetr təşkil edir», - deyə X.Yusifzadə əlavə edib.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət