"Moody`s" beynəlxalq reytinq agentliyi“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqini "Ba3" bəndindən "B1" bəndinədək endirib. Bu barədə agentlikdən məlumat verilib.
Bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi "Ba3" bəndindən "B1" bəndinədək aşağı salınıb.
Agentlik uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnozu “sabit”dən “neqativ”ə dəyişib.
Həmçinin, agentlik uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə "B1" bəndindən "B2" bəndinədək endirib. O cümlədən, qısamüddətli depozit reytinqi və kontragentin risk qiymətləndirməsi "Not-Prime" səviyyəsində təsdiqlənib.
“Reytinqlərin endirilməsinin əsas səbəbi 2016-cı ilin sonunda bankın maliyyə dayanıqlılığının pozulmasıdır. Bank öz risklərini hecləşdirmək imkanı tapmayıb. Halbuki belə bir niyyət olub. Yaxın zamanda baş tutan 600 mln. manatlıq kapitalizasiyaya baxmayaraq, 2017-ci ilin yanvarın 23-nə əsasən bankın kapital mövqeyi neqativdir. Buna isə əvvəllər yığılmış zərər səbəb olub", - deyə agentliyin açıqlamasında bildirilir.
“Yanvarın sonuna ABB-nin xarici valyutada məhdud likvidliyi var və bu məbləğ 830 mln. manat və ya 430 mln. dollardır 2016-cı ilin sonuna bankın xarici öhdəliklərinin həcmi 4 mlrd. manat və ya 2,1 mlrd. dollar təşkil edir. ABB-nin manatla kifayət qədər likvidliyinin olmasına baxmayaraq, onların xarici valyutaya çevrilməsi imkanı məhduddur və dövlətin dəstəyindən asılıdır”, - deyə məlumatda deyilitr.
Agentlik qeyd edir ki, sağlamlaşdırma prosesi çərçivəsində bankın 10 mlrd. manat məbləğində problemli aktivləri dövlət bank olmayan kredit təşkilatı “Aqrarkredit” QSC-yə verilib. 2017-ci ilin birinci yarısında dollarda buraxına aktivlərlə mübadilə üçün daha 5,3-6 mlrd. manatın veriməsi gözlənilir. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət